Nolub ala? =)

Yayınlandı: Ocak 25, 2012 / Ümumi
Etiketler:, , ,

                                                                                       Uzun zamandır post yazmıram.Demək olar ki,axır günlər hamı bu sözü deyir.”Nolub ala”niyə yazmırsan?Nə yazacağımı düşünürdüm ki,elə bu mövzu ağlıma gəldi-Nolub ala? Ona görə də götürürəm qələmi ,bağışlayın –bağışlayın klavyaturanı başlayıram ən nifrət etdiklərimi deməyə Nolub ala!

Başlayaq guya ki,özünü aqressiv göstərmək istəyən gənclərdən.Bax bu gəncləri başa düşmürəm.Axı niyə olduğunuz və ya olmaq istədiyin kimi,gülərüz olmursunuz.Qaraqan demiş”elə gəzirlər ki,elə bil gəlirlər morqdan”.Görən də elə bilər ki,ölü yuyub kəfənləyib, basdırıblar sonra da.Nolub ala?.

İnsanlarımız sosiallaşır.Sosial media inkişaf edir.Əvvəl çatlarda boş vaxtını itirib tanışlığa sərf edənlər indi face-ni çat ediblər.Bəziləri oğlanla tanış olmaq,bəziləri qız tutmaq,bişirmək üçün qoyublar özlərini axırıncı yola.Nolub ala?.

İşi gücü yoxdur,küçədə-tində kuruqlarla dayanan ona-buna,gücü çatana söz atan gənclərimiz də var.”Qürur duyuram”.Hər biri ilə ayrılıqda.Lazımlı işin qulpundan tutmaq lazım olanda hərəsi bir tərəfə qaçır.Neyləyəsən belə cahillərlə,Nəsimi deyimi ilə “divlərlə”?Arada baş çəkəsiz bəlkə xarabanıza Nolub ala?

Şəhərimizi avtoxuliqanlar basıb avtoş adıynan.Kef çəkirlər yaxşı sürücü adıynan.Görəsən nə qədər insan bunların vəhşi şousunun qurbanı olacaq.Təkcə başqalarının yox həm də öz həyatlarını məhv edirlər gedib girəndə divara.Nolub ala?

Nolub ala-ları çox uzatmaq olar.Amma onlarda qalsın başqa vaxt da.NOLUB ALA ?

yorum
  1. eFe_Or dedi ki:

    çox gözəl post yazıbsan.Həm gözəl,həm də mənalı. Sənə NOLUB ALA? 🙂 (eFe_Or)

  2. motall dedi ki:

    normaldi. sadece ele de guclu tenqid yoxdu. yeni eger men tinde dayanan ve yaxud da face.i chata ceviren biri olsaydim yazdiqlarindan ele de tesirlenmezdim. ugurlar! yazmaq yazmamaqdan pisdi. onemli olan yazirsan. tesirli etmek ise zamanla alinacaq/ unutma kimiin hazqinda yazirsansa calis o ol. avrani tenqid eliyirsense bir anliq onun kimi dusun. orxan kimi tenqid etmek asandi. sen avarani avara olaraq tenqid et. insanin ozu ile savasmasi daha tesirlidir ve cetindir, neinki basqasinin tenqidi.
    bir daha ugurlar bol bol! Alinacaq!

  3. Turkan Hesenli dedi ki:

    Baba Punhanin “Nolub ala” seirini de bir oxuyun…

utopikxarabaliq için bir cevap yazın Cevabı iptal et