Şəki bazarı yandı

Yayınlandı: Şubat 2, 2014 / Xəbər
Etiketler:, , , ,

2014-02-02 04.52.19Bu gün gecə saat 02:00- 03:00 radələrində Şəki şəhərinin bazarinda yanğın hadisəsi baş verib. Hadisə yerinə dərhal FHN əməkdaşlari cəlb edilsə də, yanğını söndürmək mümkün olmayıb. Daha da çoxalan yanğın bütün bazarı əhatə edib.  Yanğını söndürmək üçün ətraf rayonlardan əlavə yanğınsöndürən maşınlar göndərilib. Yalnız, Bir neçə saat sonra yanğını söndürmək mümkün olub. Mağaza sahiblərinin bir hissəsi mallarını xilas etsələr də demək olar ki, 90% zərərçəkmişin malları yanıb.
Yanğının  dəqiq səbəbi hələ açıqlanmasa da güman edirəm ki,  elektrik enerjisinə verilən fasilələr buna səbəb ola bilər. Şəkillər və video xəbərin ardında…

PS: Video və şəkillər “utopikxarabaliq.wordpress.com“ bloquna  məxsusdur. İstifadə edərkən müəllif hüquqlarını qorumağınızı xahiş və tələb edirik.

Vaqif Qədir

 

 

 

Yazının devamını oku »

Reklamlar

Türkiyedeki camaatlar və tələbələr

Yayınlandı: Ekim 26, 2013 / Ümumi

Türkiyədə təhsilə maraq hər gün artır.Artıq bu ölkədə minlərlə həmyerlimiz təhsil alır.Bundan əvvəl bir neçə postda Türkiyədə təhsillə bağlı yazmışdım.Artıq 2 ildir ki,mənimdə təhsil aldığım bu ölkəyə azdan çoxdan bələd olmuşam.Ona görə gördüklərimi bildiklərimi sizinlədə bölüşmək istəyirəm.Türkiyə də universiteti qazandıqdan sonra ilk problem harda qalmaq olur sözsüz.Dostu tanışı və sairəsi olan insan üçün bu problem azdan çoxdan həllini tapır amma mənim kimi heç kimsəni tanımadığı bir ölkəyə ilk dəfə gedəndə bəzi hallarla qarşılaşırsan.Deməli belə Türkiyədə unini qazandığınız şəhər də sizi daha polis qeydiyat şöbesi qarşılamadan buranın dini camaatları qarşılayır.Sərfəli qiymətlər və sairə sizə verilən vədlər qarşılığında tək istədikləri onların saflarına qoşulmanızdır.Daha çox maddi təminatı yüksək olmayan və getməyə yer tapmayanların ilk adresi olur məhz buralar.Və sonra nurik beyin yuması başlayır.Mən insanların dini dəyərlərə məcbur edilməsinə qarşıyam ancaq Türkiyə də vəziyyətin heç dinlədə əlaqəsi yoxdu.Tamamilə siyasi məqsədlərdə istifadə edilən bu qruplar maraqlarına çatmadıqları zaman ən qəddar insanlara belə çevrilə bilirlər.Nece ki Türkiyədi son hadisələr zamanı bu insanların bir qrupu baltalı biçaqlı qatillərə çevrildi.Eyni zamanda iqtidarın dəstək aksiyalarında da bu yurtlardakı uşaqlardan istifadə edilir.Yeni dini inanclarız üçün belə bu camaatlara getsəniz sabah istəmədən özünüzü dini bir oyunun içində piyada kimi tapa bilərsiniz.

Başqa bir tərəf camaat sistemindəki məcburi ibadət və kitab oxumalardır.Onların namaz qılma şəkilləri onların yazdıqları kitablar sadəcə.Başqa ideolojilər başqa düşüncələr isə sadəcə dinə qarşıdır onlara görə.Və ən pisi bayramlarda tələbələrin məcburi  kitab kurslarına saxlanmasıdır. Türkiyə də yaşayan bir tələbə üçün bu elədə ciddi bir problem olmasada onsuz bir iki tətil vaxtı olan xarici tələbə üçün bu ailəsinin üzünü görməməkdir.Nurlu kitapları oxumaqdan vaxt qalanda bəzən dərsdə oxuyursan sözsüz  😀

Camaatda qalan tələbələr əsasən ətrafdan təcrid edilir.Bu bir başa və dolayı yollarla bacarırlar.Məsələn onlarla eyni düşüncədə olmayan insanları təhqir etmək,o insanlarla aralarında nifaq toxumu sepmek ve sairə.Facebook və digər sosyal şəbəkələrə girmək qismən və ya bir başa qadağan edilir.Uni də əsasən eyni kəslərlə fırlanmaq məcburiyyətində qalırsan və bu sənin digər tələbələrlə və belə desək əsl Türkiyə ilə bağlarını tamamilə qoparır.

Türkiyə də təhsil almağa gedən tələbələrə məsləhətim özlərinə heç bir siyasi əlaqəsi olmayan özəl yurtlara getmələridir.Bu yurtarda dininizi və eyni zamanda istənilən düşüncənizi azad bir şəkildə yaşaya bilərsiniz.2 ci ildən etibarən dövlət yurtlarındakı xarici tələbə üçün ayrılan yerlərlə maraqlanın ki,dövlət yurtları maddi baxımdan ən yaxşılarıdır.Əgər  bu olmasa özəl yurtlarla davam ya da bacara biləcəksənizsə kirayə çıxmaqdır.Və inanın mənə son yazdıqlarım Türkiyədəki siyasi oyunların içində olmaqdan daha yaxşıdır.

Türkiyə-yə gedən gənclərə

Yayınlandı: Eylül 5, 2013 / Ümumi
Etiketler:, , ,

Orxan AhmedsoyBayaq bloqçu yoldaşım Vaqif Qədir oxumaq üçün getdiyi Türkiyə də qarşılaşdığı problemlerdən yazdı facebook səyfəsində.Deməli elavesiz Vaqifin dedikləri:”Səhərdən ev axtarıram. Ev sahiblərinin hamısı deyir azərbaycanlılara ev vermirik. Ya pulu atıb gedirlər ya evi dağıdıb gedirlər ya da səslərindən rahat oturmaq olmur. Hələ başqa hoqqalarını demirəm..Nələr hiss etdiyimi bilə bilməssiz. Utancvericidir”  Düzü bu yazıdan sonra məndə kifayət qədər utandım.Xaricə xususilə Ukranya və Türkiyəyə gedən bezi tələbələrimizin sərgüzəştləri kifayət qədər məşhurdur.Həm də sadəcə bizim yox elə getdikləri ölkənin insanları arasında da.Azərbaycan mühitindən uzaqlaşıb bir an üçün özünü azad cənnətdə hesab edənlər azadlığın nə olduğunu anlamır və əksinə cənnət saydıqları yeridə sözün əsl mənasında öz nəcislərinə bulayırlar.Başqa dəhşətli məqam isə təhsil üçün gedilən yerdə təhsildən başqa hansı hoqqa istəsən dönür. Və ən pisi isə bu debillərin etdiklərinin cəzasını həqiqətən təhsil almağa,yaşamağa gedənlər çəkir.Və xaricdə kifayət qədər mənfi azərbaycanlı imici formalaşdırır.

Uzun uzadı yazmaq ya da əsl azərbaycanlı belə olmalıdır və sairə kimi şablon mənasız sözlər yazmaq istəmirəm.Özünə hörmət qazandırmaq üçün sadəcə Yazının devamını oku »

imagesGrup Yorum-u uzun müddetdir ki,dinleyirem.Türkiyeye gəldikdən sonra isə bu qrupa olan marağım daha da artdı.Bunun səbəbəri içində qrupun sol mövqeyi,xalqın səsi olmağı bacarması,Türkiyə də basğıların və represiyaların ən ağır dönəmində belə tutduğu mövqədən vaz keçməməsi əsas amillərdəndir bəlkədə.Ama  bu haqqda danışmaqdan daha çox niye mehz Yazının devamını oku »

Bir neçə gün öncə ortağım və həmkarım Orxan Əhmədsoyun yazdığı əlillərə aid postu oxudum və sonda bele bir cümlə var idi: “Məsələn 100  əlil arabası lazımdırsa niyə də onun 10-nu hər hansı bir şirkət almasın?” Çox əla cümlə idi, əslində cümlə yox əla təklif idi. Niyədə olmasin? İlk öncə bir hadisə danışım.
Turkiyədə Muğla şəhərində yaşayıram  .Yollarda dirəklərdən asılmış böyük plastik su qabı görürdüm içi dolu da plastik su qapağı.Əvvəllər buna fikir vermirdim amma sonra insanların tez- tez bu qabların içinə qapaq atdıqlarını gördüm və içimdə maraq hissi və sual yarandı. Çox keçmədən cavab tapdım. Sən demə.. Yazının devamını oku »

Menim olkemMənim ölkəm dünyada  ən zengin ölkələrdəndir.Torpağının altı-üstü bir xəzinədir.Uşaq vaxtı yadımdadır inşalarda yazırdıq “Ağ qizil” “Qara qızıl” ından 🙂 Qəhrəmanlarından,dahilərindən,mübarizələrindən,mehriban-zəhmətkeş insanlarından,sürətli inkişafından, və sairə və ilaxır.Amma böyüdükcə gördük ki,bir şeylər yolunda getmir.Sanki nəsə səhv idi.Biz  bu qızıldan heçnə almırdıq.Dərsə pis gündə olan ayaqqabı ilə gedib inkişafdan danışırdıq,müəlimə dilənçi maaşına dözüb hər şeyin yaxşı olacağını deyirdi,tarixdən danışıb tarixi yazanların adini çəkmirdik.Hər zaman adını qururla çəkdiyimiz zəhmtkeş,mehriban,mübariz millətimiz ancaq çörək dalınca qaçan “qara camaat” a çevrilmişdi.Və Yazının devamını oku »

Bu foto AƏF-un  (Avrasiya Əməkdaşlıq Fondu) “Ən yaxşı foto” müsabiqəsi-ndə 2-ci yer qazanıb.Tütək səsi yayılır.İnsanlar qulaq asırlar.Bəzən laqeydliklə,bəzən yazıq nəzərlərlə baxıb ötürlər.20 qəpiklik ya da 1 neçə manat dəyərində olan mərhəmətlərini atırlar bu balacanın kağızdan olan papağının içinə.Bəzən hansısa debillər ələ salırlar.Yekəqarın qanunsuz keşikçilərimiz pulunu alırlar əlindən.Onlar üçün kimdir ki bu uşaq? “Heç kim…” Milyonçular ölkəsinin bir neçə dillənçisindən biri.”  Hekayəsi olan biri.Əlinizi vicdanınıza qoyun və Yazının devamını oku »