Sonuncu Ölən Ümidlərdir…

Posted: Şubat 11, 2012 in Ümumi
Etiketler:, , ,

                                          Bu gün sizə son vaxtlar oxuduğum ən maraqlı kitab  haqqında danışacam. Son vaxtların ən çox oxunan kitabı olduğu haqda eşitdikdə bu kitaba məndə böyük maraq yarandı. Söhbət Varis Yolçiyevin “Sonuncu ölən ümidlərdir”  romanından gedir. Bu roman haqqındakı postumda əsərin müəllifi ilə də bir az söhbətləşəcəm.

Əsər ilk baxışda mənə  adi bir sevgi hekayəsi kimi görünürdü. Amma oxuduqca bunun adi bir hekayədən daha güclü bir şey olduğunu anladım. Əgər yazıçının istəyi oxuyucunu kitaba bağlamaq idisə məncə bunu çox yaxşı bacarmışdı.  Əsərdəki baş qəhrəmanlar İlqar və Nailə olsada mənim yaddaşımda daha çox Nailə obrazı qaldı. Böyük ehtimalla o əbədidə qalacaq. Nailənin keçirdiyi istirabları hiss etdikcə bəzən insan göz yaşlarına da hakim olmur. İlqar isə beynimdə düzü yalnız adi ” papauşağı” kimi qaldı və başqa heçnə. Nailə isə hətta fahişəlik uçurumuna yuvarlansa belə fikrimi necə ifadə edim bilmirəm ancaq öz mənəvi yüksəkliyini qorudu. O günahsız idi çünki taleyi belə gətirmişdi, o günahsız idi çünki həyat ona qarşı adil deyildi, o günahsız idi çünki sadəcə sevirdi. Əsərin müəllifi Varisdən bu əsəri tarixçəsi haqqında soruşdum. Varis- əsər real həyatdan götürülüb. məhkəmə oçerkini oxuyub qəhrəmanların izinə düşmüş, əsəri ərsəyə gətirmişəm. Amma 2 ci hissədə bir qədər yazıçı  təxəyyülü de var.

Görəsən bu əsər təkcə mənə bu qədər təsir edir? Axı bu əsər bir insanın faciəsindən bəhs edir. Bu haqda Varisin də fikirləri maraqlı oldu.Varis-  Bu əsər tək Nailənin  deyil, bədənlərini satmaq yoluna sürüklənən bütün qadınların faciəsidir. Onları bu yola sürükləyən cəmiyyətin faciəsidir. Nailənin günahının olub olmaması hər kəsin hadisələrə subyektiv baxışı hesabına cavablandırıla bilər. Kim necə düşünürsə, elədir.

Romanda hissələrin başıanğıcındakı şeirlər də elə roman qədər insana təsir edirdi. Mənim ən çox xoşuma gələn şeir:

Ağ vərəqim oldu açılan səhər

Ona göz yaşımla adımı yazdım

Eşqimlə bacara bilsəydim əgər

Heç səni bu qədər arzulamazdım.

Müəllifin də əsərdə ən çox hansı şeiri xoşladığını soruşdum.  “Ən çox xoşladığım şeir:

Qəlbim yaman kövrəlib,

Yaman doluxsunmuşam

Yadıma yenə də sən,

Sən düşmüsən bu axşam.

Bir ayrılıq bir ölüm heç biri olmayaydı. Görəsən insanlar ayrılığa necə dözür? Görəsən Nailə necə dözürdü? Bu sualı Varisə də verdim:

İnsanı diri ikən ölüyə çevirməyi bacaran ayrılıq.

Nailənin çəkdiyi əzabları qədər intiqamı da dəhşətli oldu. Nailə intıqamını aldi və getdi.Bəs yeni həyatı sizcə nəcə olacaq? – Varis : Nailə daim sıxılacaq, o özündən ki intiqam ala bilməyib.

Postumda sizə son vaxtların ən çox oxunan kitabı haqqında yazdım. Bəs siz? Siz hələ bu kitabı oxumamısız?

Və sonda əsərin müəllifi Varis Yolçiyev bloqumuza maraqlı bir hekayə etdi:

2013 cü ildə davamını yazacam. İndi İstanbulda körfəz sahilində keçmiş günlerinə acı göz yaşı axıdan Nailənin bu gününü yazmaq cəmiyyətin sosial sifarişidir.

Orxan Ahmedsoy

Yorumlar
  1. Bahar Semin diyor ki:

    Aktul bir həyat gerçəkliyinə əsaslanan romandır. Əsərin əvvəli bir qədər romantik olsa da fabula oxucunu aparır, elə bir xəttlə aparır ki, əsərin qərəmanı olan Nailənin facilə taleyində azərbaycan qadınlarının son illərdəki tipik obrazını görürsən…

  2. utopikxarabaliq diyor ki:

    Maraqli fikirdi.Varis dediyiki kimi Nailenin faciesi butun cemiyyetin faciesidir…

  3. eFe_Or diyor ki:

    yaxşıdır kitabda posta Uğurlar.(eFe_Or)

  4. Zhala Najafova diyor ki:

    Bu kitaba həmişə Nizami kitabxanasında rast gəlirdim, mənə adından çox maraqsız görünürdü. Deməli maraqlı əsər imiş, əlimə düşsə oxuyacam.

    Təşəkkürlər!

    • utopikxarabaliq diyor ki:

      Men bu kitaba saytlarin bilirinde en cox satilan kitablarin siyahisinda rast geldim.Sheki de kitab magazasin da gordukde ise teredddut etmeden aldim,mence yaxsi secim etmisem,isteseniz eserin internet uzerinden tpmaq mumkundu linki atmisam yuxarida🙂

  5. Nilufər diyor ki:

    O qədər sevməsəm də Varisin kitabların bu əsərin fərqləndirmək mümkündür. Düzü bu əsərdə əsas qəhrəman olan Nailəyə haqq verə bilmirəm. Əlbətdə heç kimsə o vəziyyətdə nə edəcəyin əvvəlcədən deyə bilməz. Hər halda…
    Əsər məndə daha çox serial (Braziliya serialı) təsürratı yaradır. Bunu da yazıçının jurnalist olması ilə əlaqələndirə bilərik.
    Təşəkkürlər, maraqlı yazıya görə…🙂

  6. utopikxarabaliq diyor ki:

    Ola biler men hec vaxt bele hadiselerde insanlari gunahlandira bilmirem….
    Varis ozude qeyd etdi bu eser real heyatdan goturulub.Deyesen indi real heyatimiz Braziliya serialina cevrilir…😉 Oxudugun ve serh yazdigin ucun tesekkur

  7. Sənan Quliyev diyor ki:

    Maraqlı kitaba oxşayır. Əgər oxumalı olduğumu kitabları tez qutara bilsəm oxumaq olar.

    P.S. Yazıya görə təşəkkürlər.

  8. konul yazar diyor ki:

    eseri ele de guclu eser saymadigimi bilirsen. ama postun eseri cox gozel terifleyib! alinib!!🙂 ugurlar!!!! postun kafidir!! yaratmisan!🙂

  9. AyishaRoman diyor ki:

    Ugurlar hemkar, beyendim🙂

  10. S Sevinc diyor ki:

    Etrafda yayilan Varis tutqusunu gorub nehayet kitab siyahimdan kenara çixib bu kitabi oxudum. Fikirlerimi paylaşmişam daha etrafli)..
    Genclere meslehet gormurem bu kitabi oxumagi. Ozum ucun de vaxt itkisi oldu.. Plagiat teessurati da yaradir.. Anarin Tehmine ve Zaurundakindan bir az ferqli. . Daha kasad ifadelerle. Kitabdaki lori dil de heç xoşagelen şekilde deyildi. . Xulase, her adam eline qelem alib yaza bileceyi bir yazidi. .

  11. utopikxarabaliq diyor ki:

    Hmm,maraqli fikirdi.Ola biler haminin maraq dairesi ve fikirleri var.Biz sadece hormet etmeliyik🙂

  12. ferrux diyor ki:

    men o kitabi oxumamiwam sadece ewitdiyime gore biliremki menim ucun o kitab maraqsiz olacaq.hemde caliwdigim qeder azerbaycan edebiyyati az oxuyuram ona gorede mene maraqsizdi varisin kitablari.men o sade ve bayagi yazir.

  13. Suvi diyor ki:

    Kitabi oxumusham.Kitab gencler arasinda partlayish oldu.Cox adamin elinde mehz bu kitab var idi.Fikrimce kitab ona gore maragli olduki coxuna,MEHEBBET VE INTIQAM sintezi var idi.bu da ki,genclerin xeyal dunyasinda cox vaxt ustunluk teshkil edir.Amma,temaya diqqetle baxanda tekrarliq,bayagiliq hiss olunur.Ve kitab cox loru yazilib.Birdeki,her 3 kitabinda “maqintola”,”teker sesleri”,”ehtiras deqiqelerini andiran tekrar cumleler” cox ishledilib.Bu qeder sevilesi roman deyl! Hercend men sevsemde.

  14. Diego diyor ki:

    Tesekkurler yazya gore.

  15. firuze diyor ki:

    hmmm…qisasi men bu eseri beyenmirem…cunki cox besitdi..edebi eser gerey seriala benzemesin..orda mena,mezmun ve en esasi oxucuya deyerli,lazimli fikirler olmalidi..o eseri oxuyannan sora tesir altda qalasan, yashaminda nelerise yaxshiliga dogru deyishesen..ama bu kitabda olarin hec biri yoxdu..Varis Yolcuyevle hec bir qesdi qerezliyim yoxdu,ama eser yalniz 17-18 yashli yeniyetmelerin zovqun oxshuyur..edebiyyatla daha yaxindan tanish olan birinin bu eseri beyeneceyini hec sanmiram…bular menim subyektiv fikirlerimdi..he sonda onu da diyim ki,coox satilib diye bu o demek deyil ki bu keyfiyyetli eserdi..coxu menim kimi gorur hami danhishir diyir oxuyub gorum orda ne var…ama sora da heyfislenir ki heyif itirdiyim vaxta..((

  16. Türkan diyor ki:

    Mən tələbə olanda bu kitabı əldən-ələ oxuyurdu uşaqlar. O zaman oxudum bu kitabı. Çox zəif əsərdi, həm süjet, həm personajlar. Bu kitaba sərf elədiyim vaxta heyfim gəldi. P.S. Braziliya seriallarının həvəskarları oxuya bilər amma:)

  17. aysu diyor ki:

    Naileye yazigim gelir. istemezdim o, yolun dalinca getsin . Mence ibretamiz bir eserdir. Men ozluyumde dusunende bir cox caresiz insanin bu yolu tutacaqlarina eminem. insana yol gosterir bu eser deye bilerem.. Varis beyede sonsuz tesekkurler bu eseri yazdigi ucun.

  18. Rustem diyor ki:

    Men bir seyi demek isteyiremki, yaxsiya yaxsi demek bizim insanlarimiz ucun her zaman problem olub burada oxudugum reyler de meni tecublendirmedi.Hami diyir Cox besit eserdi ama duzu men size deyimki by eseri butun gencler Cox sevir ve by esere laqeyd qalan genc heleki gormemisem eger genclerimiz texnikanin bas alib getdiyi by dovrde by eser bele oxunursa mene ele gelirki sadece tebrik etmek lazimdi,eserde deyerli fikirler,menali seirler goz oxsuyur ve sujetde maraqlidi ve en azindan profisianal sayilan bir Cox eserden daha gozeldi en azindan sonuna kimi maragla oxuyurug daha kitabi yariladigimiz ucun yox.
    Unutmayin ki qabagindan ayrilmayib saatlarla baxdiginiz Turk seriallari hamisi bedii eserlerdi olar oz eserlerine o cur sahib cixir biz use qulp qoyurug..men sadece Azerbaycanda bele bir yazicinin olmasi ile fexr edirem cunki her insan kitab oxumalidi ama her insan dili cetin olan “provisional” eser oxuya bilmir by eser sozun heqiqi menasinda genis oxucu kutlesi ucun nezerde tutulub ve sonda meqalaeye de gore tesekkurler by eserin ardini sebrsizlikle gozleyirem

  19. aysun diyor ki:

    menimde Naileye yazigim gelir amma dogurdanda bele heyat yawayan cox insan var,mence bu cemiyyet ellerine arxa cixmaqdansa uz cevirir mence bu iinsanlarin gunahidir..

  20. Dunen oxudum bu eseri helede tesirindeyem..eserin o pis sonluqla bitmesini istemirdim..Naileye haqq qazandirmiram ona goreki 3 usagi yetim qoydu…Hec istemirdim bu sonluqla bitsin..En azindan qisas alamaya bilerdi normal heyatina davam ede bilerdi..(coxlari seriala benzedir ama men demezdim seriala filme benzeyir)esla burdaki arada verilen seirler bele insani alt ust edir..

  21. amil diyor ki:

    varisin iki kitabini oxudum…mence men vaxtimi heder yere oldurmuwem bu kitablarla…sozu geden kitabi desem ki temiz duygularla yazilmayib yeqin dawqalaq olacam..naileni namaz qilan bende gosterib sora onu fahiwe kimi tanitmaa yazici diqqetsizliyidir.hem burada behs olunan hadiseler adi heyat hekayelerinin kagiz uzerindeki tesviridir…

  22. aise diyor ki:

    Eseri bugun oxudum coox gozeldi insana cox boyuk tecrube bexs edir.Men sadece bu eserin heqiqeten bas verdiyini dusundukce insanlarin taleyinde olan bele hadiselere inana bilmirem.Biz her hansisa xirda bir seyden ozumuzu dunyanin bedbext insani hiss edirk.Ancaq heyatda bele insanlarin oldugunu esitdikde soka dusurem.NAILE ve ILQARIN sevgisi dogurdanda zemanemizde olmayan bir sevgi hekayasidir kas onlarin sevigleri bu qeder ezab eziyyet cekmeyerdi.Bele gozel eser ucun yazici VARISE xususi tesekkurlerimi bildirmek isteyirem……….BIZ GENCLERIN SIZIN KIMI YAZICILARA COX EHTIYACI VAR.

  23. Sevil diyor ki:

    Mene bu kitabi patok yoldawim vuqar vermiwdi ki al oxu maraxli romandi ozu kitab coxda seven deil fikirlewdimki bunu Vuqar oxuyubsa demeli maraxlidi neyse aldim getirdim eve deqiq yadimdadi mayin 25 idi bawdadim kitabi oxumaga o qeder maraxli geldiki mene gecelerde gucle ayrilirdim kitabdan nehayet 2 gune bitirdim mayin 27 si hemde ad gunum idi. Oxudum sonda bele qerara geldimki Naile cox guclu qadindirki bu qeder hadiselere dozub. Bir sozle romani erseye getiren Varis Yollcuyeva twk bildirirem roman bir sozle mohtewem idi.

  24. Maqa diyor ki:

    esgelikde leytnant verdi kitabi mene o gune kimi hec vaxt kitab oxumamisdim.bu eseri oxuduqdan sonra heyata daha ferqli baxmaqa basladim.cox deyisiklik oldu mende bu romannan sonra ne bilimee sozlerle deye bilmirem fikrimi.ve hal hazirda bele kohnefikirli insanlar bizim cemiyetde heleki var amma artiq azalmaqa basayib bele insanlar inaniramki biz genclerin gelecekde quracagi cemiyet daha muasir sekilde formalasacaq ve bele hadiselerde nisbeten azalacaq.

    • iyera diyor ki:

      Eser cox zeif eserdi..men bunu roman adlandirmazdim ve ve bedii edbyata da daxil etmirem oz fikrimde..bediibeser ovaxt deyeremki oxudugum eserden nese goture bilim felsefi cumlelre rast gelim ama bunun dili cox sade idi.bedii eser oduki kitbi bitirdikden sora bir de oxmaq istrsn ve ikincidefe oxduqda yene de nese iyrnrsn yeni herdefe oxdqda bjwey oyrnrsn ama bu eseri oxyannan sora ikinci defe oxmaga ehtiyac duymur adam..sadece bir hekaye ssnari kimi gordum bu eseri..bedii eser dostoyevski huqo kafka ve s.di..adam oxuduqcan derinen duwunur oyrenir..bu ise besit bir hekayedi ((yene de eline emeyine sagliq ve ugurlar varise)HORMETLE..

      • Behruz Dadashov diyor ki:

        Hörmətli İyera! Bizim milletin bezi numayendeleri ve o numayendelere daxil olan Siz ve ya sen…Paola kolhonun 11 deqiqesin oxursuz.. Ela! Super! Shedevr! Yeterki yazar xarici olsunç eser taninmish olsun! Goturey olkede dillerden dushmeyen 11 deqiqe eserin- Mariya adli bir fahişe Brazilyadan qachir avropada kef edirç pozqunluq edirç sora resaam tapir qayidir Brazilyaya evlenir 2 qizi olur. O eser shedevrdi. Amma olkemizin gerchekliyinen realliqindan behs eden esere adi deyirsen.. Men de yazichiyam. Gel sujet xetine baxaq da..Gor neler var bu eserde..Gunumuzun realliqidi da. Belke sen Dostayevski, Talstoyun kechmish aurasinda itib batibsan ve realliqi gormuirsen…Amma realiq realliqdi. ( sen sadaladiqin ytazichilari uslubi desti xetinen sual verem omrunun sonuna qeder dushunersen) Bizim milletin en bedbaxchiliqi odurki ozumuze qiymet vermiriy. Ne olub bu esere. axici. oxucunu yormur. axicidi. Braziyalidi, ne it ne qurdu oxuyuruq. Maraqli olmasa da.. Yeterki bir meclisde oturanda deyeki flanbkesi oxumushuq. duzdu xaricde var yazarlar. Amma Milletinin gerchekliyini, yazichisini, onun eziyyetini eserini tehqir etmeden… Sen deyenlıeri tek sen oxumamisanki?! eseri chox gozel eserdi! Varis beyi tebrik edirem!!! Iyera yaxinda menim Bitmeyen Tablo ve Kloun adli muasir Azerbaycanda bash veren haksizliqdan behs eden romanim chap olacaq. Senle oturub muzakite etmeye haziram.Hetda chapdan qabaq. Milletimizin deyerlerine deyer verdikce biz millet olaciq!!!!

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s