Mesajlar Etiketlendi ‘xestexana’

Yalnız bir gün…

Yayınlandı: Kasım 17, 2011 / Ümumi
Etiketler:, , , , ,

Bu gün şəhərimizə (Şəki) Prezidentimiz İlham Əliyev təşrif buyurub.Eşitdiyimə görə yeni tikilmiş xəstəxananın açılış mərasimində iştirak etməli idi.Mərkəzi xəstəxananın təmiri üçün,xəstəxananı, yeni tikilmiş xəstəxanaya köçürüblər.Bu münasibətlə də, bir neçə gün öncədən əl-ayağa düşüb,yolları təmizləməyə başladılar.

Şükür Allaha 1 gün də olsa hər yer təmiz idi,səliqəli idi.Maşınlar dəli kimi o yana-bu yana şütümürdülər,sakitçilik idi (Ölmədim bu günü də gördüm 🙂 ).Ətrafdakı sakitçiliyi arabir polis maşınlarından gələn “yolu boşaldın” səsi pozurdu.Rənglənmiş binalar,əlvan çiçəklərlə bəzədilmiş park adama zövq verirdi.

Və ən nəhayət şəhərimizin bəzi küçələrində üçrəngli, qürurlu bayrağımız dalğalanırdı.Amma nədənsə bayrağın üstündə ay-ulduz-u görmədim.Yəqin yaddan çıxmışdı.Ya da gətirəndə yolda düşmüşdü 🙂 .

Bəşəriyyət inkişaf edir,dəyişir,sadələşir.Zaman keçdikcə insanlarda,düşüncələrdə dəyişir.Elə bayrağımızda…

BY VAQİF QƏDİR…