Yalnız bir gün…

Posted: Kasım 17, 2011 in Ümumi
Etiketler:, , , , ,

Bu gün şəhərimizə (Şəki) Prezidentimiz İlham Əliyev təşrif buyurub.Eşitdiyimə görə yeni tikilmiş xəstəxananın açılış mərasimində iştirak etməli idi.Mərkəzi xəstəxananın təmiri üçün,xəstəxananı, yeni tikilmiş xəstəxanaya köçürüblər.Bu münasibətlə də, bir neçə gün öncədən əl-ayağa düşüb,yolları təmizləməyə başladılar.

Şükür Allaha 1 gün də olsa hər yer təmiz idi,səliqəli idi.Maşınlar dəli kimi o yana-bu yana şütümürdülər,sakitçilik idi (Ölmədim bu günü də gördüm🙂 ).Ətrafdakı sakitçiliyi arabir polis maşınlarından gələn “yolu boşaldın” səsi pozurdu.Rənglənmiş binalar,əlvan çiçəklərlə bəzədilmiş park adama zövq verirdi.

Və ən nəhayət şəhərimizin bəzi küçələrində üçrəngli, qürurlu bayrağımız dalğalanırdı.Amma nədənsə bayrağın üstündə ay-ulduz-u görmədim.Yəqin yaddan çıxmışdı.Ya da gətirəndə yolda düşmüşdü🙂 .

Bəşəriyyət inkişaf edir,dəyişir,sadələşir.Zaman keçdikcə insanlarda,düşüncələrdə dəyişir.Elə bayrağımızda…

BY VAQİF QƏDİR…

Yorumlar
  1. raya1993 diyor ki:

    Bayraq meselen ve seklin cox xosuma geldi postda pis deyil sade postdu =). bele davam et

  2. Əflatun diyor ki:

    Bu asılana bayraq demək olmur. Çünki:
    Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə əsasən
    “2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir.”

    Bu bəndə uyğun sadəcə üç zolaq və mavi, qırmızı, yaşıl rənglər var. Bayrağın eni aşağı hissədə dar, yuxarı hissədə isə əksinədir. Həmçinin ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri də yoxdur. Deməli bu bayraq deyil. Çünki həmin əsasnəmin 5-ci bəndində yazılır:

    “5. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.”

  3. utopikxarabaliq diyor ki:

    Sağ ol Reyhan🙂

  4. utopikxarabaliq diyor ki:

    Əflatun məlumatın üçün təşəkkür edirəm.Biyabırçılıqdı.Bayrağın gününə bax. bir bu qalmışdı…elə məndə camaata bunu çatdırmaq istəyirdim mədəni yolla🙂

  5. MoN diyor ki:

    sayt rehberliyinden xahish edirem her seye kinaye ile yanasmasin.

  6. utopikxarabaliq diyor ki:

    Bu sayt deyil bloqdu.Və burda yazdıqlarım mənim şəxsi fikrimdi.Hər kəs mənim fikirlərimlə razılaşmaya bilər.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s