Hamı bir nəfər üçün,Bir nəfər hamı üçün

Posted: Aralık 25, 2012 in Ümumi
Etiketler:, , , , , , , , , , ,

Bir neçə gün öncə ortağım və həmkarım Orxan Əhmədsoyun yazdığı əlillərə aid postu oxudum və sonda bele bir cümlə var idi: “Məsələn 100  əlil arabası lazımdırsa niyə də onun 10-nu hər hansı bir şirkət almasın?” Çox əla cümlə idi, əslində cümlə yox əla təklif idi. Niyədə olmasin? İlk öncə bir hadisə danışım.
Turkiyədə Muğla şəhərində yaşayıram  .Yollarda dirəklərdən asılmış böyük plastik su qabı görürdüm içi dolu da plastik su qapağı.Əvvəllər buna fikir vermirdim amma sonra insanların tez- tez bu qabların içinə qapaq atdıqlarını gördüm və içimdə maraq hissi və sual yarandı. Çox keçmədən cavab tapdım. Sən demə.. Türkiyənin bir şirkətinin belə bir xeyriyyə layihəsi var. Hər 1000 qapağa qarşılıq ( rəqəm şərtidir. Təəssüf ki, öyrənə bilmədim.Bir neçə gün sonra onu da qeyd edəcəm. ) 1 yoxsul əlilə əlil arabası verirmiş. Buna dəstək olaraq həmin qapaqları məhz şəhər əhalisi toplayır. Bu zəhmət teleb etməyən bir şeydir. İçdiyin 20 qəpiklik suyun qapağını sadəcə plastik qaba atırsan ve bu xeyriyyə işinde sənində əməyin olur. Bir insana yardım etmiş olursan.

Niyə də bu və ya buna bənzər bir şey bizdə də olmasın?  Bunu təkcə əlil insanlara aid etmirəm. Bu məsələyə bir az geniş baxmaq da olar.Mən bunu qapaqla yox elə plastik  butulkalarla etməyi təklif edərdim. Nəticədə bu ətraf mühitin də zibillənməsinə  müsbət təsir göstərər. Bundan elave hemin plastik qablarin cekisine gore yoxsul birinə müəyyən qədər pul vermək, Ciddi xəstəliyi olub əməliyyata ehtiyaci olan və bunun üçün imkanı olmayan birini əməliyyat etdirmek olar. Variant çoxdur. Çox şey tapmaq olar. Yetər ki,  bunun üçün istək olsun. Hə indi deyə bilərsiniz ki, şirkət bunu qarşılıqsız  da edə bilər. Məqsəd buna insanları da cəlb etməkdir. Birlik- bərabərlikdir. onlarla,yüzlərlə bəlkədə minlərlə insanın bir şey üçün çalışmalarıdır. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün. Bunu görmək çox sevindirici olardı.

Nəticədə ilk növbədə əlil, yoxsul, kimsəsiz, xəstə və s. insanların bir hissəsinin problemləri müəyyən dərəcədə hell olunmuş olar. Yoxsul biri,  dövlətin ayırdığı sosial yardımın 5 ayının pulunu alıb 7 ayının pulunu məmura yedirmək məcburiyyəində qalmayacaq. İnsanlar da üzərlərinə düşən sosial məsuliyyətin bir cüzi hissəsini yerinə yetirmiş olarlar.

Türkiyədən gic-gic tv proqramları, evlilik verlişləri götürmək əvəzinə belə işlərini mənimsəmək daha xeyirli olar məncə. Düzdür bizim xalqın tələbi ancaq belə şeylərədir amma arada bir Başını sağa-sola çevirib, ətrafina baxmaq da lazımdır. Xalqa ancaq xalqın özü əl tutacaq.

Bu paylaşdığım şəkil isə… Əvvəl bu şəkil haqında yazmaq istədim amma başa düşdüm ki, bu şəkili şərh etməyə dəyməz. Şəkil özü danışır. Gördüyünüz kimi, Arxada ,Şəhərin min,milyon manatliq gələcək planları və önündə ölkənin indiki vəziyyəti..

Vaqif Qədir

Yorumlar
  1. ZAUR diyor ki:

    kotu diyil

  2. Emin diyor ki:

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  3. abbas diyor ki:

    Cok guzel

  4. samil diyor ki:

    yaxşı

  5. Aytac diyor ki:

    saytdan indi xeberim oldu cox gozel saytdir ve yaziya gore tewekkurler

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s