Tütək səsi və milyonçular ölkəsində eşidilməyən səslər…

Posted: Kasım 23, 2012 in Ümumi
Etiketler:, , , , , , , , , , , , ,

Bu foto AƏF-un  (Avrasiya Əməkdaşlıq Fondu) “Ən yaxşı foto” müsabiqəsi-ndə 2-ci yer qazanıb.Tütək səsi yayılır.İnsanlar qulaq asırlar.Bəzən laqeydliklə,bəzən yazıq nəzərlərlə baxıb ötürlər.20 qəpiklik ya da 1 neçə manat dəyərində olan mərhəmətlərini atırlar bu balacanın kağızdan olan papağının içinə.Bəzən hansısa debillər ələ salırlar.Yekəqarın qanunsuz keşikçilərimiz pulunu alırlar əlindən.Onlar üçün kimdir ki bu uşaq? “Heç kim…” Milyonçular ölkəsinin bir neçə dillənçisindən biri.”  Hekayəsi olan biri.Əlinizi vicdanınıza qoyun və sadece oxuyun (Sözsüz hələdə vicdanınız varsa)

-2 ilə yaxındır ki,küçələrdəyəm.Ana ölüb,atam isə həbsxanadadır.Tütək çalıb pul qazanıram.Qardaşımla dilənirəm.Günə 20-25 manat bəzən daha çoxda qazanmaq olur.Amma bu puluda polislər əlimizdən alır.Dilənmək üçün gərək onlarada “vergi” verəsən.Əvvəl dilənən də utanırdım indi daha utanmıram.Özüdə çox vaxt dilənmirəm tütək çalıb pulumu qazanıram. (gülür)  Amma məndə məktəbə getmək istəyərdim.Qardaşımin əli xəstədir.Müalicə olunmalıdır.O da gözəl tütək çalır.Anamla həmişə ona qulaq asardı…”

Bu hekayə sadəcə bu uşağın hekayəsi deyil onun kimi yüzlərlə uşağın hekayəsidir.Her gün gözümüzün önündə yox olan,bir an belə fikir vermədiyimiz yüzlərlə uşağın hekayəsi.Və bu gedişə dayan demədikcə hələ yüzlərlə belə hekayələr olacaq.Amma qəribədir niyəsə heç kim üçün maraqlı deyil bunlar.Hər il dövlət qanunlar,layihələr hazırlayır.Amma necə olursa hələdə həll edə bilmir.Görəsən niyə?Bəlkə sadəcə qanun,ya da layihə hazırlayır deyə?Əmələ gələndə qanunda,layihə də kağız üstündədir.Mən başa düşə bilmirəm bu laqeydliyin səbəbini.Yəni belə çətindir bu uşaqlar üçün xususi sığınma evləri nə bilim ya da mərkəzləri açmaq.Bir dəfə bu uşaqları yığıb onların həyatını xilas eləmək.Amma yox həqiqətən çətin imiş.Evroviziya keçirsək də,dünyanın ən hündür bayrağını qaldırsaq da,ölkəni “fantan cənnəti”nə çevirə bilsəkdə bir neçə yüz uşağı xilas eləmək həqiqətən çətin imiş.Axı nəyə lazımdı bu uşaqlar?Xarici qonaqlar gələndə,ya da tədbir olanda göz önündən qaçırdırıq bununla da bitir.Onsuz nə ata-ananın veycinədi,nə də bu cəmiyyətin.Kim var ki,bu uşaqların arxasında dayanıb haqqlarını qoruyacaq? Hə bir özünüzə sual verin axı kim var? Bu uşaqla danışdıqdan sonra camaatla kiçik bir sorğu keçirdim.Sadəcə necə laqeyd bir insanım var onu gördüm.Hər şeyə susan,dözən, belədə olmalı imiş kimi munasibət bəsləyən bir insanım.Bu ölkənin bədbəxtliklərində nə qədər məmurlar günahkardırlarsa bir o qədər bu insanlar günahkardır.Bəs harda qaldı bizim Koroğlu-Babək qeyretlilərimiz,”Əl tutmaq Əlidən qalıb” deyənlərimiz.Hə doğurdan yəqin bos qəhrəmanıq dastanları oxuyub ziyarət qutularına nəzir atırlar.Amma bu uşaqlar üçün nəsə eləməyə qalsa yəqin deyəcəklər hələ dastan oxuyuruq,bu uşaqlar üçün fond açılsa görərsiz Ətağanın ziyarət-ticarət evinin qazancinin 100 də biri belə toplanmayacaq.Bəs mən nə edirəm?Sadəcə yazımı yazıram,bununla sanki nəsə olur.Sadəcə özümü aldadıram.Bütün bu uşaqların,insanların həyatına laqeyd olan olan ölkəm kimi…

Tütək səsi yayılır.İnsanlar qulaq asırlar.Bəzən laqeydliklə,bəzən yazıq nəzərlərlə…Və tam qarşıda üç rəngli bayrağımız dalğalanır “Bakı Şəhər İcra Hakimiyyəti”in üstündə.İçəridə yəqin yüz milyonlarla manat dəyərində olan layihələr müzakirə olunur.Qarşıda,səkinin  üstündə isə balaca bir uşaq tütək çalır. Və insanlar 1 neçə manat dəyərində olan mərhəmətlərini atırlar bu balacanın kağızdan olan papağının içinə…

Qeyd:Yazıda istifadə olunan foto AƏF-un  (Avrasiya Əməkdaşlıq Fondu) “Ən yaxşı foto” müsabiqəsi-ndə 2-ci yer qazanıb.

Orxan Əhmədsoy

Yorumlar
  1. Ulviyye diyor ki:

    Butun bunlarin gunahini dovletde gorurem. Milyonlari xercleyib insanlarini bugune qoyan lenete gelmish bu hokumetde…sonunuzun geleceyi gun olmayacaqmi ay zalim sistem???

  2. samirhacisoy diyor ki:

    gunah tekce dovletde deyil.bu olkede her wey var,ama bacarana

  3. samirhacisoy diyor ki:

    unutmaq olmazki azerbaycan xalqi 1 esrde 4-5 inqilab etmiw xalqdir

  4. asif diyor ki:

    her ne bilir dovlet iwcileri edirler..yerde qalan insanlarin baxmaqdan dinlemekden basqa elaclari qalmayib

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s