Əlil arabasında bir gün…

Posted: Kasım 11, 2012 in Ümumi
Etiketler:, , , , , ,

      Bu  yazı  haqqında, daha  doğrusu  bu  mövzuya  nə  yazacağım  haqqında  günlərlə  düşünmüşəm.Bir  çox  fikirlər, bəzəkli  sözlər  və  sairə.Amma  yazacağım  heç  bir  söz  səmimi və  bu  əlil  insanların  dərdini  anlatacaq  qədər  real  ola  bilmədi.Və  mən  hiss  etmədiyim  bir  şeyi  necə  yaza  bilərəm  axı?Ona  görə  ağlıma  belə  bir  fikir  gəldi.Bir  günümü  əlil  arabasında  keçirəcəkdim.Qəribə  səslənə  bilər  sizə  amma  bilirsiz  nəblim,siz  heç  əlil arabasında  şəhərdə  hərəkət  etməyə  cəhd  etmisiniz?İnanın  mənə  bu  əsl  dəhşətdir.Dəfələrlə az  qala  yıxılmaq.İnsanların  sizə  yazıq  baxışları  altında  yardım  etmələri.Ya  da  nə  bilim kitabxanaya,internet  kluba  gedəndə  insanların  təəccübləri.Mən  əslində  çox  kiçik  təcrübəm  də  bir  şeyi  anladım  ki,bu  insanların  sıxan  təhcə  onların  fiziki  özürləri deyil eyni  zamanda  bu gün  cəmiyyətdə  öz  yerlərini  tapa  bilməmələridir.

Əlillərin  işlə  bağlı  problemləridə  bu  gün  onların cəmiyyətdə mövqelərini tutmaqlarına böyük zərbə endirir. Burda  söhbət  təhcə  maddi  təsirdən  getmir.İşsizlik  daha  doğrusu  bir  çox  əlillərin  hətta  işləyə  biləcəkləri  işlərdən  belə  qıraqda  qalması  onlara  çox  böyük  mənəvi  zərbə  vurur.Təsəvvür  edin  siz  həyatınız  boyu  işləyirsiniz  və  birdən  nəsə  baş  verir  və  əlil  olursunuz.Və  bu  zaman  sizinlə  həyat  arasındakı  bağ  sanki  məhv  olur. Maddi  sıxıntılar  və dəhşətli  mənəvi  əzab.Mən  bir  dəfə  ABŞ-da  əlillərin  həyatına  aid  sənədli  filmə  baxmışdım.Orda  bir  önəmli  nuans  diqqətimi  çəkdi.Bu  əlillərə   yanaşma  tərzi idi.Bilirsiz  əlil olmaq  cəmiyyətdən, işdən, həyatdan  uzaqlaşmaya  səbəb  ola  bilməz.Amma  niyəsə  bizdə  olur .Bəs  səbəb  nədir?Məncə   ilk  öncə  yanaşma  tərzi. Yəni  bizdə  əlillərə  əslində  yanaşma  tərzi  səhvdir.Bizim  insanımız  hətta  bir  çox  elə  rəsmilərimiz  əlillərə  yazıq  nəzərlərlə  baxır.Baxın  mən  bunu  anlaya bilmirəm.Bu  cür  yanaşma  tərzi  sadəcə  axmaqlıqdır.Gəlin əlillərin  iş  qabiliyyəli  hissəsi  üçün  mənim  o  sənədli  filmdə  gördüyüm  kimi, ya  da  elə  bizim  qanunvericiliyimzdə  olduğu  kimi  şərait  yaradaq.Yeni  bu  insanlara  “sən əlilsən” kimi mənasız  yanaşmadansa onların  cəmiyyətdə  sağlam  yerlərini  tutmaları  üçün  imkan  verək.İş yeri  olsun, ictimai  nəqliyyat  da  rahat  istifadə  etmələri  olsun, ictimai  yerlərdə, tədbirlərdə  nə bilim  əslində  hər  bir  sahadə  onlara  hamı  ilə  eyni  imkanlar  olsun.Və  yalnız  bu  zaman  biz bu  insanları  həyata  qaytara  bilərik.UNUTMAYIN  ONLARDA  BİZİM  KİMİ  BU ÖLKƏNİN  TAM  HÜQÜQLU  VƏTƏNDAŞLARIDIR…

Yazının sonuna   yaxınlaşanda  bu sualı özümə verdim. Bugün  əlillərin  vəziyyəti  necədir? Əslində  bu  sualın  cavabı  elə  bu  yazıdadır. Və  hər  halda  aydındır  ki, bu  heçdə  ürəkaçan  cavab  deyil.Mən  əlil  arabasında  olarkən  bir  şeyi  anladım  bu  ölkədə  əlil  olmaq  heçdə  asan  deyil. Və  məncə  onsuzda  həyatları  ağır  olan  bu  insanların  yüklərini  bir  az  azaltmağın  vaxtı  gəlib. Məncə  səhiyyə, təhsil, iş  problemlərini  həll  edəcək  qədər  dövlətin  imkanı  var. Eyni  zamanda  cəmiyyətində  üstünə  böyük  məsuliyyət  düşür.Məsələn  mən  bunu  hər  zaman  demişəm  bütün  normal  inkişaf   etmiş  ölkələrdə  şirkətlər ,böyük  kompanyalar  xeyriyyə  işlərində  aktiv  faliyyət  göstərirlər. Bunun  əsas  səbəbi  həmin  ölkələrdə  olan  vətəndaş  mövqeyidir. Əlillərlə  bağlı  olaraq  götürsək  məsələn  tutaq  ki,bizdə  100  əlil   arabasına  ehtiyyac  var  niyə  onun  10  ədədini  hansısa  şirkət  almasın?Ya  da  niyə  hansısa  şirkət  iş  qabiyyətini  itirməmiş  əlillər  üçün  iş  təklif  etməsin? Və  ya  tamamilə  iş  qabiliyyətini  itirmiş  şəxslər  üçün  yardımlar  göstərməsin? Lakin  niyəsə  biz  belə  addımları  yalnız  xarici  tv  efirlərində  görürük.Artıq  məncə  vətəndaş  mövqeyi  ortaya  qoymaq  lazımdır. Ən  azından  hamının  normal  yaşayacağı  bir  cəmiyyət  qurmaq  üçün…. və  mən  bu  yazını  konstitusiyamızla  bitimək  istirəm. AZƏRBAYCAN  DÖVLƏTİ  HƏR  BİR  VƏTƏNDAŞAININ  LAİQLİ  HƏYAT  SƏVİYYƏSİNİ  TƏMİN  ETMƏLİDİR…

-Ümid  edirım  ki,tezliklə  əlillərdə  laiq  olduqları  həyat  səviyyəsi  ilə  təmin  olunacaqlar…

By:Orxan Əhmədsoy

Yorumlar
  1. Viola_Melody diyor ki:

    Eslinde kommente “bizim cemiyyet” soz birlesmesi ile baslayacaqdim, nedense, “cemiyyet” sozu gozumde boyudukce boyudu, cemiyyet yeni insanlarin, cem sozunun cemi,,,,diyesen axi bizde “cem” var “iyyet” yoxdu,,,,
    men bu cemiyyetde birlik,beraberlik, umumi menafey, meqsed ucun birlik hec vaxt gormedim, bizim suarimiz budu meni sancmayan ilan 100 il yasasin,,,,
    lazimli movzuya toxunmusuz, umid edirem toxunushunuz oz unvanlarina catar,,, her nece de olsa, komeksizlerin tek komeyi UMID-dir,,,,,

    • utopikxarabaliq diyor ki:

      Cəmiyyətimizin bu gün ki,halı heçdə yaxşı deyil.Bu fikrinizlə tam razıyam.Amma siz varsız,biz varıq və inanın mənə bu cəmiyyətin gələcəyini düşünən və bu ölkəyə dayaq durası biləcək kifayəq qədər insan var.Mən gələcəklə bağlı ümidliyəm…🙂

  2. Viola_Melody diyor ki:

    Kommentim pessimist seslense, de fikrim yene hemendi ve nedense hacan bir addim atmaq isteyende hammi “hurray” deyilib atilir qabaga, gel gor ki emel lazim olanda arxaya baxanda niye kimse olmur?!
    Umidlerim omur adlanan evimin, usaqliq kucesinin, genclik dongesinde sindi,,,
    Yaxsi ki, nikler var yoxsa sagirdlerim bele pessimist notlardan sonra “xosbext gelecek geleck!” e olan-qalan inamlari da yerle yeksan olardi (chuckle) ,,,,

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s