Bayram günü :)

Posted: Ekim 25, 2012 in Ümumi
Etiketler:, , , , , , , , ,

İslam dünyasının ən böyük iki bayramından biri-Qurban bayramı.Və mənim vətənimdə bu bayramı qeyd edənlər arasındadı.Amma baxır necə?Mən indi uzaqdan dayanıb bu bayramı qeyd etmə tərzimizə baxacam.Bəlkə bunu birlikdə edək?  :)

Türkiyədə olduğum üçün bayramı fb da izləyirəm.Bayram gələn kimi fb-nı qoyun-quzu,mal-qara şəkilləri basır.Ən qəribəsi isə  hamı bir birini heyvan şəklinə tag edir🙂 Səbəbin anlamıram niyə.Əslində belkədə ona görə ki,biz bayram deyəndə bunları başa düşürük.Bizim üçün bayram bir neçə kəsilən heyvandır…

FB-da mənə maraqlı gələn və artık ənənəyə çevrilən yazılar var.Bunlar anti-İslamı yazılardır.Mən hamının inancına ya da inancsızlıqlarına hörmət edirəm.Amma başa düşə bilmədiyim bir şey insanlardan inanclarına hörmət gözləyənlər onların inanclarına hörmət etmirlər.Dini və onun ayinlərin qəbul etməmək o demək deyil ki,sən onu təhqir edə bilərsən. (Bu haqqda bir post yazacam)

Deməli qurbanların kəsilməsi vaxtı gəldi.Qurban kəsildi,Allah qəbul eləsin.Bəs bu ətlər hara gedir?Hmm…Bax burda bir az ara qarışır deyəsən.Türkiyədə bu iş daha yaxşıdır fikrimcə.İnsanların böyük bir hissəsi qurbanliqları ya da onların pulunu belediyyə və xeyriyyə qurumlarına bagışlayırlar.Beləcə məncə daha adil bir paylaşım baş verir.Amma bizdə buna daha çox “quzunu qurda təslim etmək” kimi baxırlar deyə baş tutmur…

Qurban bayramı ümümilikdə isə bütün bayramlar haqqında  fikrim birdir mənim. “Başını sığalladığınız bir yetimin adıdır bayram…” Çalışın bayramlara  birdə bu tərəfdən baxın.

BY:Orxan Ahmedsoy

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s