Niyyət etdim yurtda qalmaq üçün namaz qılmağa

Posted: Eylül 19, 2012 in Ümumi
Etiketler:, , , , ,

Deməli belə mən yenə utopik bloquma geri qayıtdım.Amma bu dəfə Türkiyədən.Bu arada yeri gəlmişkən mən Turkiyədə Kırklareli universiteti qazandım.🙂 Mənim görə sevinən hər kəsə təşəkkür.Türkiyədə ilk gündən başıma gələnlər haqqında növbəti postumda yazacam.Amma bu dəfə “yurt” bizim dillə desək yataqxana problemimə.Deməli belə burda dövlət yataqxanalarında xaricdən gələn tələbələr üçün yer ayrılmayıb.Əslində qanunla hər 100 yataqdan biri xarici vətəndaşlar üçün açıq olmalıdır.Amma türklər demiş “nərdəəə” .🙂 Hər nesə əlaçsız burdakı özəl yerlərə baş çekməli oldum.Tanımadığım şəhər və sairə.İlk qarşıma çıxan yer “abilər” in yeri oldu.Düzün deyim şərait və qiymət baxımından  bu yerlər kifayət qədər sərfəlidir.Amma bu “abilər” in bir balaca öz şərtləri var.Məsələn gündə 5 vaxt namaz,hər gün bir müddət dini söhbətlərə qulaq asmaq və sairə.Mənim isə bu yöndə düşüncəm bəllidir.Yeni belə deyim din şəxi bir şeydir.İnsanların inancına karışılmaz.Və sən namaz qılmalısan deyə bir qayda ilə insanları dinə gəlb eləmək olmaz.Birdə namaz qılarkən dua edərsən “niyyət etdim ALLAH rızası üçün namaz qılmağa”.Yeni önəmli olan ALLAHın rizasıdır.Həm Türkiyə kimi dünyavi bir ölkədə özəl yerlər olsa belə qaydaların olması çox anlamsızdır.Amma bu insanların gücü,arxasında duranlar bəllidir.

Qeyd:Mən hardasa bir gün bu insanların yurdunda qaldım.Buna görədə ən azından onlara minnətdaram.Sadəcə mən dini inanclara qarışılmasına qarşıyam.Ona görə özümə dünyəvi bir yer tapdım.Siz də elə edin əgər burda oxumaq fikriniz varsa…

Orxan Ahmedsoy

Yorumlar
  1. Fatya diyor ki:

    e Allah rizasi uchun olmasada yataqxanada qalmaqchun namaz qilirlar imkansiz ve bashqa chozumu olmayanlar =) Onlarin mentiqine esasen “O OLMASIN, BU OLSUN ABI” yeterki “ABI” olsun😉

  2. zaur qurbanli diyor ki:

    tebrik edirem:)

  3. Politoloq diyor ki:

    Azərbaycanda da belə yerlər var. Hər insan namazı özü üçün qılır. Namaz insanla Allahın arasında olan bir şeydir. Belə insanlar çox vaxt təriqət maraqlarını din və insanlıqdan üstün tuturlar. Onlar qeybətə edənə deyirlər ki, “ölmüş qardaşının çiy ətini yeyirsən”. Amma özləri qeybət edəndə adını müzakirə qoyurlar. Kişilər qadınlara salam verəndə, hal-əhval tutanda harama girirmiş.. Salam verməyəndə də “saymazlıq” edirsən. Ən yaxşısı onlardan uzaq olmaqdır.. Çünki onların yanında bilmirsən hansı istiqamətdə hərəkət edəsən ki, Allah da xoş getsin, təriqətçilərə..

    • utopikxarabaliq diyor ki:

      Dogrudur,en yaxsisi uzaq durmaqdir…

      • dr_wind diyor ki:

        men de Ankarada tehsil aliram.2 ildi burdayam.gelende tebii ki ,abiciklerin bu qeder genish yayilmasndan xebersiz idim.meni bura getirenler bunlarin evine yerleshdirib getdiler,veziyyeti bilib 2 gune chixdim evden.menden sadece 2ce yash boyuk olan ve evvelki 2 gunde mene zakon(camaat evinin oz zakonlari var) qoydugunu sanan abicik meni deyesen digerleri ile sevh salmishdi.yox 5 ay pul vermezsen yox nebilim 3 ay yemek bishirmezsen.lijbi biznen qal😀,neyse komanda verib chixdim evden.ele hemin gun chox gezib normal ozel yataqxana tapdim.ama yarimilde mudiriyyet deyishdi yene bunlarin sistemi geldi🙂 ama chox da deyishe bilmediler sistemi,chunki artiq yarim il kechmishdi.bu il de dostlarim vasitesile meni tapib chox yalvardilar yene xoruzlarini verdim qoltuglarina gonderdim.qaldi ki namaza mennen evvel koment yazan dost gozel deyib bu Allahla insan arasinda olan bir sheydir.menim onlardan zehlem getse de namazimi qiliram.tekliyimde oz dinimi yashayiram.qaldiki onlardan niye zehlem gedir ?….eslinde her birinden ayri ayriligda yox umumi toplumdan zehlem gedir.mushahide etmishem ki choxu onlara pul ve torpil uchun qoshulur ve ferdi olaraq bezilerinden chox boyuk sherefsizlikler gormushem.hem vetende hem burda..neyse uzatmiyim zehlem gedir🙂 en yaxshisi uzaq durmaq deyil en yaxshisi bashlarini yere soxmaqdi sene ”ilishenlerin”….🙂 teshekkur movzuya gore admin qaqash🙂

      • utopikxarabaliq diyor ki:

        Burda söhbət dindən getmir.Hansısa siyası maraqlardan gedir.Bunu da hamı çox gözəl bilir.Dində məcburiyyət və eyni zamanda “torpil” olmadiğını deyib,bunu edənlərin səmimiyyətidə sual altındadır.Məncə də ən yaxşısını etmisiz.Ən yaxşısi uzaq durmaqdır.Oxuduğunuz və fikir bildirdiyiniz üçün əsas sizə təşəkkürlər🙂

  4. Ayisha diyor ki:

    😀

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s