Başlıqsız fikirlər… (Son olaylara)

Posted: Eylül 3, 2012 in Ümumi
Etiketler:, , , , ,

   Son zamanlar ölkə gündəmi yüksək  templə inkişaf etdi.Neftçinin tarixi uğuru ilə sevinən Azərbaycan dəhşətli avto qəza ilə sarsıldı.Ardından uzun müddətdir Macarıstanda erməni zabatini qətlə yetirdiyi üçün ömürlük həbs olunan Ramil Səfərovun Azərbaycana qaytarılması və prezidentin xüsusi fərmanı ilə əfv olunması ölkədə yenidən gündəmi dəyişdi.Əksər insanlar Ramili qəhrəman kimi qarşıladılar.Bir çox insan isə əks mövqe tutdular.Hər iki qütpdə dayanan insanların kifayət qədər haqqlı fikirləri var idi.Amma mən bu yazıda Ramil Səfərov və onunla abğlı olan fikirləri müzakirə etmək niyyətində deyilim.Hər şeyi zamanın və tarixin öhdəsinə buraxıram…

Mən bu yazıda daha çox son günlər ölkədə gedən böyük şoudan danışmaq istəyirəm.Demək olar son günlər sosial şəbəkələrədn istifadə etmək mümkün deyil.Əksər bizim şüvənliyi sevən facebooku “mədəni chat” hesab edən həmvətənlərimizin şablon yersiz yazıları qısacası baş götürüb getdir.Mən insanların bu insana qarşı olan sevgisini anlaya bilərəm ancaq kiminsə “like” yığmaq üçün özlərini axrıncı yola qoymaqların analaya bilmirəm.Yeni siz hörmətinizi və sevginizi belə göstərirsiz?Nəblim Ramili seven hami “like” etsin,Ramilin şəklinə neçə “like” gələr,Ramili seven 10.000 azərbaycanlı axtarırıq zad.Mən insanların öz qəhrəman hesab etdiyi şəxsləri belə ucuzlaşdırmasın qəbul edə bilmirəm.

Bu böyük şoudan bizim “peşəkar” internet xəbər portallarıda öz payını götürür.Az qala hər gün belə düşük portallar yalan məlumat paylaşmaqla ozlərinə baxış sayı yığırlar.Yəni sizə qəhrəman buna görə lazım idi?!

İşin siyası tərəfidə maraqıdır.Ramil Səfərovun seçki öncəsi ölkəyə gətirilməsi və əfv olunması ölkə daxili çox uğurlu siyası gediş idi.Və məncə  öz bəhrəsin verəcək.Ancaq bu məqamda Ramil həbsdə olarkən “niyə dövlət Ramil Səfərovu azad etde bilmir” -deyib tenqid yağdıranlar Ramil azad olduqdan sonra başqa fikir səslndirməklə özərin yandırdılar.Məncə bu məqamda sadəcə susmaq daha yaxşı olardı.

Və sonda mən yalnız bir şey deyə bilərəm:Ümid edirəm bütün bu olaylaın sonu Azərbaycan üçün yaxşı olar.Mən ümid edirm sadəcə😦

Orxan Ahmədsoy

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s