Bloqçulara sualım var?

Posted: Haziran 29, 2012 in Ümumi
Etiketler:, , , , , , ,

Deməli belə. Bir neçə müddətdir ki yazmıram. Bu gün isə yazmaq qərarına gəldim. Və bu postumda bu müddət ərzində niyə yazmamağımın səbəbini də biləcəksiz. Bu postu çoxdan yazmaq fikrindəydim. Amma bu gün ortağım, Tural, İsmayıl- birlikdə bu mövzu haqqında ətraflı söhbət etdikdən sonra qərara aldım ki bunu mütləq yazmalıyam. Nəysə çox uzatmayım keçək mətləbə…

Bloqçuluğa başladığım 9 aydır. 9 aydır yazıram. Bir neçə təlimdə iştirak etmişəm. İlk dəfə İsə Fərid Hacıyevin təlimində olmuşam. Ona müəllimim deyə bilərəm🙂 Və həmin təlimlərdə “Bloqçu necə olmalıdır?” sualına ” Cəmiyyətə deməli sözü olmalıdır” və ya “Bloq nə üçündür?” sualına “Cəmiyyətə sözünü çatdırmaq üçündür” cavabını alırdıq. Və bloqumuz açılan gündən, ilk postumuzdan indiyə qədər olan postlarımızın əksəriyyətini cəmiyyətə çatdırmaq üçün yazmışıq. Bəs nəticə? Cəmiyyətə çatırmı?
Xeyr. Bu mövzunu 1 aydır ki, fikirləşirəm və mənasız olduğunu görürəm. Bloqları kim oxuyur? Bloqları ancaq bloqçular,  media aləmində olan insanlar və digər bir qrup fəal insanlar. Bəs nə üçün yazırıq? Bir- birimiz üçün? Yazdıqlarımızı hər dəfə eyni insanlar oxuyur. Bəs nə fayda? Nəticə yoxdur.

Əslində burda problem bizdə deyil. Problem insanların internetdən geniş istifadə etməməsi və ya düzgün istifadə etməməsidir. Bəs necə edək ki, insanlarda bloqa qarşı maraq oyadaq? Azərbaycanda kifayət qədər internet istifadəçisi var necə edək ki, o istifadəçilər heç olmasa gündə azı 10 dəqiqə də olsa bloq oxumağa vaxt ayırsınlar?

Bunun üçün əsas məsələ reklamdır. Bunu insanlara tanıtmaq lazımdır. Əgər KİV bunun üçün heç bir səy göstərmirsə çıxış yolu nədir? Əgər insanlar oxumayacaqsa niyə yazırıq?
Bloqçulara sualım da elə budur. Bloqdan özümüz xeyir götürə bilərik düzdür. Bəs fikirlərimizi digər insanlara, cəmiyyətə necə çatdıraq? Bir təklifiniz varmı? Fikirləriniz çox maraqlı olardı…

PS: Bu dəfəki postumu cəmiyyət üçün yox, bloqçular üçün yazmışam😀

 

Vaqif Qədir

Yorumlar
  1. ququl diyor ki:

    hmm evvala yaxci postu ela burda suali bele basa dusdumku. bloqlara niye baxilmir. beli bu beledi indi bloqlara baxilmir cunki genclerimizin coxunun agli facede qiz tutmaq ve ya basqa saytlarda vaxt cekirirmekdi. Men 1 il qabaq bloq ne oldugunu bilmirdim. bunu ele bloqculardan esitdim. mende senin fikrinle raziyam REKLAMA ehtiyac var.😉

  2. meherremovgrul diyor ki:

    Mence kanalizasyalarda reklam etdire bilerik. Bes yaxshi sen hech oz bloqunu offline olaraq paylashirsan? Buda bloqlari meshurlashdirmagin bir ovudur!

  3. Ramin diyor ki:

    bloqlarin reklamini uzeyirin diskinin ustunde elesez yaxci olar. indiki gencler bloqu neylire olarin “Uzeyiri” var😀

  4. Nilufer Elcinqizi diyor ki:

    Maraqlı sualdır… Amma belə deyək də, bu həm də blogçuların passivliyidir, çünki yalnız internetdə reklam kifayət deyil və ya qruplarda. Sən hər an blogundan istifadə etməlisən. Bildirdiyin hər hansı commentdən tutmuş, dostlarınla olan söhbətin nəticəsin yazmaqla və ya ətrafındakıları bu işə həvəsləndirməklə. 1 il qrup yoldaşlarıma blog haqqında danışdıqdan sonra 3 nəfər bu günə kimi internetdən istifadə etməən insan yazı yazdı və hal-hazırda həvəskar izləyicidir. Həm də müəyyən paylaşımlarda səhvlər var. Paylaşımlar zamanı harda blogumuzu paylaşmağımız önəmlidir. Kitaba aid yazını kitab qruplarında, şəhərimiz problemini şəhərimizə aid qruplarda, sevgiyə aid olanıda özünəməxsus yerlərdə. Bu zaman istədiyini qarşındakına çatdıra bilərsən.

  5. Zaur Bayramov diyor ki:

    Maddi gəlirin olmaması Azərbaycanda bloqçuluğu öldürür.Amma digər ölkələrə baxanda qazancın bloggerlərə nə qədər motivasiya verdiyinin şahidi olursan.Digər məsələ isə texniki problemlər olan SEO,reklam və s.dir

  6. utopikxarabaliq diyor ki:

    Fikirləriniz üçün təşəkkürlər ququl, Ramin, Zaur…

  7. veliyevt diyor ki:

    Bilirsən bu reklamlıq deyil.Sadəcə bizim 15 yaşında cavanımızda,55 yaşındakı qocada inetdə yalnız prono sayt adları bilir.başqa heç nə.Hər zaman öz postlarımdada demişəm,avropalaşmaq Crystal Hall ilə olmur,bu beyində olmalıdır.Olmursa da bu əsl problemdir.Əgər istifadəşi ineti xeyirli işlərçün istifadə etmirsəm heyif o cəmiyyətdən:/

  8. utopikxarabaliq diyor ki:

    Beyinləri dəyişməksə 1-2 nəfərin işi deyil gərək kökündən dəyişə amma biz bu işdə böyük rol oynaya bilərik . Ən azından çalışmağa dəyər. Fikrin üçün çox sağ ol. Maraqlı yanaşma idi..

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s