Məhəmməd Əmin Rəsulzadə

Posted: Haziran 15, 2012 in Ümumi
Etiketler:, , , ,

                                                                                                          Məhəmməd Əmin  Rəsulzadə…Səbəbini bilmirəm amma  hər dəfə bu ad  qulağıma gələndə butun bədənim və ruhum titrəyir.Çünki bu gün Azərbaycan Ona çox şey borcludur…

Onun adi çox az yerdədir.Amma özünü tanıyan həç kəs onu unutmayacaq.Və tarix.Şərqin ilk demokratik respublikasnın banisi.Elə bir demokratika ki,bu gündə həsədlə baxılır…

28 mayda telekanalzasiyalarda və bayram şənliklərində onun və digər cümhuiyyətçilərin adını çox az çekirlər.Və demək olar ki,ümümiyyətlə yox.Hansi ki,onlar canlari qanları bahasına Azərbaycanın adını dünyaya car çekməsəydilər bu gün Azərbaycan deyə bir dəyərdə yox idi.

Onun həyati ailəsinin faciələri haqqında kitablar yazmır.Hansi ki,bu insan bütün varlığını Azərbaycan naminə məhv etdi.Eləcə də onun ailəsi sürgünlərdə represiya ilərində min-bir işgəncəyə məruz qaldılar amma inandıqları idealaları satmadılar.Nə Sibirin şaxtasına, nə ölüm qorxusuna, nə pula…

Dünən tv-lərin birində Rəsulzadənin adını daşıdığı rayonda zibil qablarını üstünə onun adının yazıldığını göstərdilər.Buna deməyə söz tapmıram mən.Amma  Əli bəy Hüseynzadə-nin dediyi kimi:”Zərələr get-gedə zərrələşər kim kiçilməzsə o haqqın səsidir”.Heç nə bu böyük insani kiçildə bilməz…

Əslində bu postu tamam başqa formada yazmışdım.Amma bilirsiz sadəcə nə yazsam da heç vaxt bu insana heyranlığımı tam ifadə edə bilməyəcəm.Sözlərin aciz qaldığı insan haqqında danışmaq çox çətindir…

Və sonda bu yaxınlarda  məşhur tarixçi  Şirməmməd Hüseynov-un Rəsulzadə haqqında araşdırma kitabı yayımlandı.Amma bilirsiz qəribə olan nə idi? Hüseynov bu kitabı öz güzi təqaüdü hüsabına çap etdirməsi.Məncə şərhə ehtiyac yoxdu…

Orxan Ahmədsoy

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s