Pərdə arxası məqamlar.Şəhid Xalid Əliyev-in dəfni

Posted: Haziran 7, 2012 in Ümumi
Etiketler:, , , , , , , ,

                                                                                          Bundan öncəki postda Şəhid Xalid Əliyev-in dəfn mərasimi haqqında məlumat vermişdim.Və söz vermisdim ki, növbəti postda bu haqqda daha ətrafli məlumat ala biləcəksiz.

Şəhidimizin evləri tərəfə yola düşərkən çoxlu sayda gəncin olmasını görmək məni həqiqətən qürürlandırdı.Şəhidin evləri önündə qurulmuş yas çadırının ətrafinda da çoxlu sayda insan müşahidə olunurdu.Bir çox gənc əlində bayraq və sinəsində isə  Xalid Əliyev-in şəkilləri vardı.Hami tezliklə şəhidin cənazəsinin gətirilməsini və onun adına laiq bir şəkildə dəfn olunmasını gözləyirdi.Çünki Xalid Əliyev-in  şəhid olmasındən kifayət qədər vaxt keçmişdi artıq.Saat 18 olardı təxminən və mənim diqqətimi ərziyə quraşdırılmağa başlanan işıqlar çekdi.Əslində bununla bir şeyi aid elədim özlüyümdə.Cənazənin gətirilməsi axşam saatlarına salınacaq.Buna görə bir qədər gənclərdən aralanıb.Ətrafda olanlaı müşahidə etməyə başladım.Diqqətimi iki qalstuklu şəxsin danışığı çəkdi.Sözlərini təhrifsiz təqdim edirəm:” Bu qədər gənc niyə yiğılıb bura?Görəsən niyə gəliblər?” – Bu sözləri eşidərkən bir məsələ diqqətimi çəkdi.Necə olur şəhərin mərkəzində,ali məktblərin önündə yığılib hər gördüyü qıza söz atan səviyyəsı sıfır olan düşük gənc deməyə dilim gəlməyən məxluqlar bu insnaları narahat etmir?!! Hər nəsə…

Artıq saatlar bir-birini əvəz edirdi.Bir neçə dəfə şəhidimizin Gəncədən yola salındığı haqqında məlumat verilmişdi.Amma Gəncə – Şəki yolu gəlinməz bir yola çevrilmişdi.Bu isə sözsüz naraziçılıqla qarşılanırdı.Şəhid ailəsidə tezliklə cənazənin təhvil verilməsini istəyirdilər.Növbəti saatlarda şəhidin Şəkinin “4 yol” deyilən ərazisində olması ilə bağlı xəbər yayıldı.Amma bu da özünü doğrutmadı.Artıq havanın qaralmağa başlaması ilə isə böyük narazilıq başlandı.Şəhidin ailəsi cənazənin bu qədər yuvadilmasına öz etirazlarını bildirirdilər.Havanın tamamilə qaralması isə əsəbləri tamamilə tarıma çəkdi.Şəhidin ailəsi kekin fikirlər səsləndirməyə başladılar.Sözsüz telekanalzasiyalar böyük şuarları efirə verməklə kifayətləndilər.Ərtafdakı səs küydən bir az uzaqlaşıb şəhid ailəsinə gəlmiş təcili tibbi yardim əməkdaşının mərkəzlə danışmasına fikir verdim.Danışıqdan anladim ki,şəhidn anasıma lazım olan heç bir dərman bunlarda yoxdu hətta ən adiləri belə.Buna görə həkim mərkəzdən əlavə qüvvə tələb etdi.Hər nəsə…

Axşam saatları olduğu üçün artıq əraziyə işləyən  avtobuslar işini dayandırdı.Buna qədər isə çoxları cənazənin gətiriləcəyi əraziyə yığılmış gənclərin artıq gedəcəyini düşünürdü.Çünki bu ərazi şəhərin mərkəzindən kifayət qədər uzaqda idi.Amma əksi baş verdi.İnsan kütləsi dahada böyüdü.Əslində bununla artıq insanların axşan saatlarında dağılmasını gözləyənlər çox böyük yanildıqlarını gördülər…

Şəhidin ailəsi isə cənazənin bu saatda gətirilməsinə və dənfin axşam olacağı ilə xəbərə sərt reaksiya verdilər. Şəhidin bibisi:”ALLAH bu etdiyini heç bağışlamasın…”

Şəhidin cənazəsi axşam gecə yarı saat 00:00 gətirildi.Və kütlənin kiyinləri üstə ailəsinə təhvil verildi.Sabahı gün isə saat 12:00 da ərazidəki qəbisanlıqda torpağa tapşırıldı…   ŞƏHİDLƏR ÖLMƏZ…

Orxan Ahmedsoy

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s