Vətənşüvənlər

Posted: Mayıs 18, 2012 in Ümumi
Etiketler:, , , ,

                                                                                       Bu gün çox hörmətli vətənşüvənlər haqqında yazacam.Çunki günümün böyük bir hissəsi onların şüvən nitqlərinə qulaq asmalı olmuşam. Vətənşüvənlik nədir ilk öncə? – Qarabağı unudub,erməni əsirliyində başına min-bir oyun gələn qadınımızı unudub “Sari gəlin” mahnısının qeyrətini çəkənlərə vətənşüvən deyilir. Bu gün vətənşüvənlərin “dərin” düşüncələri ilə tanış oldum.Bu insanların yaratdığı bəzi qaydalar var.Vətənşüvənlər inanirlar ki,nə vaxtsa bir gün bu dəyərlər həyatda reallaşacaq.Bu dəyərlər üçün hər şeyi qurban verərlər.Daha doğrusu bizi.🙂 Bu dəyərlər haqqında danişaq azca…

İlk öncə xarici dəblə geyinmək olmaz.Enli şalvardı,cinsdi nədi olmaz.Ay bala düz deyirlərdə bizim babalarımız cins şalvar görüb?Biz niyə indi Qərbin şalvarını geyinməliyik.Məgər Qərbdə çoban papağı zad örtürlər?Olmaz hamı milli üslubda 19-cu əsrin dəbi ilə geyinməlidir.

Xarici musiqi.Repdi rockdu bunlara qulaq asmaq milli dəyərlərə ən böyük zərbədi.Biz ancaq milli üslubda olan musiqiyə qulaq asmalıyıq.Ümümiliklə ölkədə yenidən senzura olmalıdır və bütün bizə yad musiqilər qadağan edilməlidir. Və mən inaniram ki,bir gün mutləq Mtv music Muğam tv olacaq.

Hamı mentalitet qaydaları ilə yaşamalıdir.Ümümilikdə vətəni sevirsənsə bu qaydalara qeyri şərtsiz əməl etməlisən.Hər zaman ki,kimi sual vermək və sorğulamaq qadağandır. Müasir olan hər şey ləğv olunmalıdır təcili.Yəni əsas odur min illərdən süzülüb gələn adətlər,qaydalar , zadlar yaşasın.Məsələn yeni filmlərdə olmaz.Avropa 3d filmləri ilə öyünəndə biz 70-ci illərin ağ-qara filmlərindən danışmalıyıq.Onunla qürür duymalıyıq.

Əslində bu mövzunu çox uzatmaq olar ancaq düzü heç həvəs yoxdu bunlara daha çox vaxt sərf etmeyə. Sonda yalniz bir şey deyə bilərəm:VƏTƏNŞÜVƏNLƏRİN QIRILSIN AZƏRBAYCAN

by:Orxan Ahmədsoy

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s