Bizim “seyidlər “ :)

Posted: Nisan 29, 2012 in Ümumi
Etiketler:, , , , ,

    Posta başlamazdan əvvəl bir məsələni qeyd edirəm: bu postda yazılanlar yalnız “seyidlər”ə aiddir.Ona görə heç kim şüvənlik salıb özünü lezvalamasın. İlk öncə sual yarana bilər niyə bu mövzudan yazıram?Nə bilim yazıramda.🙂 Güya bizim seyidlər bilirlər ki,hardan seyid olublar.Sadəcə bir çoxları özünü aldadır.Belə baxan da sərf edir.Mənim muqəddəs cəmiyyətim həmişə özü kimi müqəddəslərə inanıb.İnanır və hələ çox inanancaq.Xəstəxana ola-ola hələ çox gedib ziyarətdə daşdan,ölüdən kömək umacaq.Hər nəsə mövzüm seyidlərdi və mən onlardan yazmalıyam.Sonra cəddləri zadi tutar məni🙂

Deməli əksər seyidlərin öz nəsillərinə aid danışdığı maraqlı bir əhvəlat olmalıdır.Nə bilim ulu babam xəstəlikləri sağaldırdı,kasıblara əl tuturdu,ölünü dirildirdi kimi bir şey. :)Yəni söhbət belədi ki,basıb bağlada onsuz camaat inanacaq.Əlacı nədi belə baxanda deyirsən seyidəm inanmasan cəddim tutacaq.Söhbət bağlanır.Day görürsən hansısa çox bilən o yan buyan edir “kafir” damağası vurursan,onuda camaat özü həll edir.🙂 Seyid olandan sonra başlayırsan faliyyətə.Hər seyidin meqəddəs vəzifəsidir ki, al-verlə məşğul olsun.Seyid adı gəldi onsuz qapılar üzünə açılacaq.Bazarda hörmət olacaq.Camaata atsan da onsuz fikir verməyəcək.

Seyid oldun şəxsi həyatda qısacası bizim dillə zor olacaq.Çox arvadlılıq haqqında bir iki nağıl danış sonra kimlə istəyirsən evlən.Arvad nə qədər çox olsa o qədər yaxşıdı.Pulun çox olsa lap əla.Hələ istəsən az yaşlı usaqda ala bilərsən.Day heç kim deməyəcək sənə bu uşaqdı,bu etdiyin alçaqlıqdı,öz ehtirasına görə bir uşağın həyatını məhv edirsən.Onsuz özun kimi gic…bəsərlər üçün sən müqəddəssən və sənin kimi “….” Bir mohtərəmlə qohum olmaq şərəfdi.Hələ siğə eləyədə bilərsən evdəkilərdən bezəndə.Siğə söhbətidə necədi də razılaşırsan (pulunu verirsən) sonra nə qədər istəsən bir yerdə yaşayırsan.İstəsən lap yarım saat da…

Bu müqəddəs adın başqa bir üstün tərəfi hər bayramda sənə pay gələcək.Belədə olmalıdır əslində.Sən seyidsən çünki.Usaq evindən,qocalar evindən,ehtiyacı olanlardan çox haqqındı bunlar və cəmiyyətdə bunu anlayır. Seyidin olmağın bir tərəfinidə deyim.Deməli seyid adı övladların üçün də kapitaldı.Öldün sənə bir dənə məqbərə tikirlər.Camaat da yeni ticarət mərkəzi açılanda olduğu kimi yiğılıb gəlir ki,yeni ziyarət açılıb.Özüdə bir az kreativ olsan ziyarətdən qəşəng pul qazana bilərsən.Məsələn kart sisteminə zada keç.Camaat nəziri kartla ödəsin.Həm də bu il Eurovison ilidi.Heç olmasa xariciləridə rahat olar.Ya da pullular üçün VİP xidmətlər göstər. Seyidlər haqqında qızıl məsəllərdə var.Məsələn “Seyidin yaxşısı pisi olmaz”. “Seyid bol olarsa İran vətəni rahat basar.”

Belə baxan da bu işin yeri var.Deyirəm bəlkə məndə seyid zad olum. Nəyim əskikdi ki,mənim bizim seyidlərdən? Bizim seyidlər pivələr şərablar içir saqqaları ilə ticarət mərkəzləri açır🙂

Orxan Ahmədsoy

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s