“ Yaxşı oğlanlar “ :)

Yayınlandı: Nisan 14, 2012 / Ümumi
Etiketler:, , , ,

                                                       Deməli belə bu dəfə yaxşı oğlanlardan yazacam.Onlarla olan böyüüüüüük hörmətimi bu postumda ümid edirəm qısa bir şəkildə ifadə edə biləcəm.İlk öncə yaxşı oğlanlarin qızıl qaydalarından danışaq:
-Hər şeydən öncə yaxşı oğlan prav olar.Belə baxanda yaxşı oğlan həmisə düzdü onsuz.Nə etsə nə oyun çıxartsa dəxli yoxdu.
– Yaxşı oğlan qız fırladar.Nəcə deyərlər “qiz var sevdiyin,qız var gəzdiyin”.Min qızı fırladarsan amma birini istiyərsən özdə “ürəkdən”.Çaliş böyrəknən zaddan istəmə ürəkdən istə 🙂
-Yaxşı oğlan təsbeh fırladar.Təsbeh zakondu, təsbeh yaxşı oğlan üçün hər şeydi.Yaxşı oğlanın təsbehini havada tutmazlar.Yaxşı oğlan sözünü təsbehi ilə deyər.
-Yaxşı oğlan Polat Alemdar kimi geyinər.Elə bil indicə “Kurtlar Vadisi”nin cekilişindən gəlir.Enli şalvar geyinən,regli paltar geyinən yaxşi oğlan deyil.Belə baxanda ümümiyyətlə oğlan deyil.Başa düşmürəm o nədi geyinirsiz bizim milli,mədəni,bədəni ,səməni dəyərlərimizi hansi haqqla pozursuz.Şalavarın arxası elə sallanire ki,elə bil …. 🙂
-Yaxşı oğlan kitab oxumaz.Kitab oxuyursuz nə olur ki? Kitaba verdiyiniz pula gedin tum alın çirtlaya-çirtlaya qızlara baxın.Yoxsa gözünüzü xarab edirsiz,hə nə olsun ki?Yaxşı oğlan kitab oxusada “Lotu Bəxtiyarın ” kitabını oxuyar.
-Yaxşı oğlan repə,rocka,klassikaya zada qulaq asmaz.Üzeyir,Balabəy,Gulaga zad.Yaxşı oğlan üçün əsas bulardı.Şəhərin ortasında səsi axira kimi verirsən.Qəsəh-qəsəh, yellənə-yellənə gedib olursan bomba-bomba bomba kimi. 🙂
-Zakona gorə yaxşı oğlan bıçağı çixartdı soxmaldı,başqa yolu yoxdu.Soxmalıdı gedib yatmalıdı.Əvvəllər içəri girməyən oğlana qız verməzdilər.Elə indidə bəzi oğlanlar bu qaydaları qoruyur.Onlarada böyük hörmətimiz var. 🙂
– Yaxşı oğlan ağır olar.Aqressiv olar.Oturuşu-duruşu xususi gəzişi olar.Gəzişindən 1 kmdən biləcən ki,bu yaxşı oğlandı.Qaqaş elə bil bir iki dənə ölü yuyub sallana-sallana gəlir 🙂
Mənim bütün yaxşı oğlanlara böyük homətim var.ALLAH canlarini sağ eləsin.Onlar olmasa məhlənin hörmətini zadı kim qaldırar,kim qız tutar falan filan.. 🙂
Yaxşı oğlanların qaydaları çoxdu say-say bitməz.Məncə sizdə kifayət qədərin bilirsiz bəlkə bir ikisini yazasız. 🙂

Orxan Ahmədsoy

yorum
  1. Mon Vusal dedi ki:

    bu basindan axira kimi kinayeli yazidi. Qaqas basliyan baslamisdin daa niye bele qurtardin. sence sen yaxsi oglansan? Ozdeki menden sene meslehet kim nece necur istese eder biri ozunu yaxsi oglan kimi biri ozunu… bize ne.. bize verilen bu heyatda hami birinin sehvini o birine kinayeli bir shekilde vurmayib yashasa, heyat ne zorrrrr olarr. neylireme… (MoN)

    • utopikxarabaliq dedi ki:

      Vusal haminin secimi ve var.Sen ele yasamaq isteyirsense yasa.Amma menim xosuma gelmeyen meqamlar var.Ve duzunu desek men en yumsaq sekilde tendid etdim.Her sey hele qabaqdadi,sen aqressiyani qabaga saxla… 🙂

    • Ayikko dedi ki:

      Salam burda tek qiz menem deye bileremki vor alemine maragim daha coxdu -lap bawda oglan ne yazmisa duz yazmiw yaxwi oglan bicagi cixartdi soxmalidi heee birde yaxwi oglan sozu geldise demelidi qirtlaginda saxlamamlidi

    • Delpan Ma Danti dedi ki:

      Qaqa birincisi birinci gunah sendediki ona bicaqi cixartdin soxmalisan ? bu duzdu amma burda bu qaqawin sefi olubki yaxsi oqlan rengli paltar geyinmez onda bele cixirki balacaliqdan beri sen ancaq qara geyinmisen ?

  2. strongest dedi ki:

    her tesbeh firladan yaxsi oglan olsaydi , mollalar dunyanin palojeniyasina baxardi

  3. YAXSI OQLAN YAXSI OQLANIN SOHBETINI ELEMEZ

  4. […] Orxan Ahmedsoy’un belə bir postunu görmüsdüm “Yaxşı oglanlar”. Belədə maraqlı post idi. Mövzüda, postun yazılışıda xoşuma gəldi. İndi isə […]

  5. Eto dedi ki:

    YaXsHi oGLaN SoZ aLTda QaLmaZ

  6. kriti dedi ki:

    sen yazmisan oz fikrindi amma bil bu fikirlerin arasinda bextiyarin adin cekmisen bezi sozlerne fikir ver.men bextiyarin adna gore canimida vererem

  7. SAXID dedi ki:

    yaxşı oğlan damda quş uçurdar, ama ağzınnan quş buraxmaz!

  8. Lenkeranski dedi ki:

    Qaqaw sen diyirsen yaxsi oglan rengli geyinmez onun hec bir ferai yoxdu neceki bextiyar qirmizi geyende demisdiler qirmizi kisiye padlodu ama hami damarinda qirmizi qan dawiyir qaldiki bicaq sixartdunsa ya ona soxmalisan yada ozuve cixdisa girmelidi qiz firladmaq yaxsi oglanliqla adiyati yoxdu birincisi qiz firlatmaqda yaxsi oglanliq deyil ama baxir hansi qizi gozu basi qayniyan qiz firradmaq olar qaldiki qiz firladmaq absakovinni gedir ona gorede bu soze diqqet eliyun en azinnan haminin ailesinde qohumunda qiz var.

  9. kami dedi ki:

    qaqaw senin ustuve iwiyerem bildin sen sozuve atvicatsanki yaxsi oqlan rengli giyimez?

kami için bir cevap yazın Cevabı iptal et