Samir Kərimoğlu ilə müsahibə

Posted: Mart 23, 2012 in Müsahibə
Etiketler:, , , , , ,

                                                                                             Bloqumuzun bu dəfə ki,qonağı kinorejisor  Samir Kərimoğludur.Samir haqqinda çox danışmaq fikrik yoxdu.Məncə bu insanın suallarıma verdiyi cavbalardan sizdə artiq rəy formalaşacaq.Bir də axi haminin reklama ehtiyacı yoxdu🙂

Əvvəlcə müsahibim özünü  tanıtsın.

-Samir Kerimoglu

-Azərbaycan kinosunun bu günü Samirin gözündə necə görünür?

-Maraqlı sualdır! Kinomotoqrafiyamız bu günü gündən-günə inkişaf edir.Hər il çəkilən filmlərin sayının artması buna bariz nümunədir.Sevindirici məqam filmlərimizin kəmiyyətinin artması ilə birgə keyfiyyətinin də artmasıdır.Bu inkişafda Mədəniyyət Nazirliyinin də böyük rolu danılmazdır.İnanıram ki,az bir müddət keçdikdən sonra Avropada,Hollivudda da bizim filmlərimiz özünü doğruldacaq.Sadəcə bir az gözləmək lazımdır.Unutmayaq ki,biz hələ yeni addımlar atırıq və çox böyük bir müddət Azərbaycanda filmlər çəkilməmişdir.

-Bütün dünyada rimeyk filmlər çox geniş yayılıb,bəs niyə ölkəmizdə
SSRİ zamanı çəkilmiş filmlərin rimeyk versiyaları çəkilmir?

-Rimeyk filmlər hal-hazırda çox populyardır.Əsasən də Hollivud bu praktikadan geniş istifadə edir.Rusların yaxşı bir aforizmi var: “Bütün yeniliklər mükəmməl düşünülmüş keçmiş fikirlərdir.”Bizim rimeykləri çəkmək üçün düşünürəm ki,hələ zamana ehtiyacımız var.Hal-hazırda bütün dünyada kinomotoqrafiya sahəsində ssenari qıtlığı var və mən bunu Azərbaycana aid etmirəm,fikrimi əsaslandıra bilərəm.Bizim mentalitet,bizim adət-ənənə digərlərindən fərqlənməklə yanaşı həm də çox zəngindir.Və bütün bunlardan sadəcə düzgün yararlanmaq lazımdır.Yəni bütün bu fikirlər,ideyalar ola-ola rimeyklere müraciət etmək indilik məncə doğru olmaz.

-Teatr aktyorları adətən pafoslu danışığa vərdiş edirlər. Onların
filmə çəkilməsi kinonu təbiiliyindən uzaq salır. Hal-hazırda ölkəmizdə
sırf kino ixtisası olan aktyorlar varmı ?

–Məncə artıq teatr aktyorlarının da pafoslu danışıq tərzinə üstünlük verməsi artıq geridə qalmaq üzrədir.Və sırf kino aktyorlarının adını çəkməyimi istəyirsinizsə Murad Abdullayev,Azər Aydəmir,Rasim Jəfər,Kamran Ağabalayev buna gözəl misal ola bilərlər.

-Ölkəmizdə kinolentə çəkilmiş filmlər elə də çox deyil. Sizcə bu
xarici film müsabiqələrində axsamağımıza səbəb olurmu ?
-Sizcə “Oscar”,”Golden globus”,”Berlinariy” və sair kimi festivalların tələbnaməsində belə bir bənd ola bilərmi film yalnız lentə köçürülməlidir? Bu mümkün deyil! Filmin möhtəşəm alınması üçün sadəcə əla ssenari və professional qruppanın olması çəkilən filmin mükafatlar qazanmasına yardımçı ola bilər.

“Mən evə qayıdıram” filmi haqqında danışın zəhmət olmasa,bu film
partlayis ede bilecek?
-Mən evə qayıdıram filmi triller janrında çəkilən hərbi dramdır.Filmin mövzusu haqqında çox danışıldığından bu haqqda danışmaq istəmirəm.Partlayış edəcəkmi,etməyəcəkmi bu suala inşallah baxdıqdan sonra sizlər qərar verərsiniz.

-Samir Kerimoğlu daha çox “Sirat Korpusu”  filmi ilə yadda qaldı,sizcə
bu nə qədər düzdü?

-“Sirat körpüsü”nün karyeramda danılmaz rolu var.Bunu dana bilmərəm.Əvvəla çəkdiyim ilk filmdir.”Sirat körpüsü” ilə bu yola başladım,”Qanadlarıma sığal çəkin” qısametrajlı filmi ilə davam etdim,”Niyyət” filmi ilə sevildim,”Mən evə qayıdıram” filmi ilə isə inkişaf etdim.

-Niyə  rejisorluq bu pesəni seçmənizin səbəbi  nədir?

-Səbəb sadədir.Kiçik yaşlarımdan filmlərə baxanda mən bunu başqa cür başqa rakursdan çəkərdim deyə mülahizələr yürüdərdim.Və hər zaman özümün tam özümə aid olan dünyamın olması arzusu ilə yaşamışam.Çəkdiyim hər filmdə mənim həyatımın unudulmaz anları var.Və bunu sadəcə tamaşaçılarla paylaşmaq istədim.

Uşaqlıqda kim olmaq istəyirdiniz?Ümumiyyətlə bir az usaqlığınız haqqın da danışın…
-Desəm inanmayacaqsınız.Hər zaman rejissor olmağı arzulamışam.Uşağlığım digərlərindən çox da fərqlənməyib.Yasamalda böyümüşəm necə deyərlər Yasamal uşağıyam.Digərlərindən fərq yalnız yəqinki,saatlarla videonun qarşısından çəkilməməyim olub.Bu indiyə kimi belədir.Hər gün ən azı bir filmə baxıb sonra yığışıb onu mütaliə etmək artıq adət halını alıb.

-Sizə ən çox təsir edən film hansı olub?Bu filmi bir nece kelme ile
ifadə edin zəhmət olmasa…

-Bir yox bir neçə filmin adını çəkə bilərəm.”Seven”,”I am legend”,”Nəsimi”,”God father”,”Scarface” bu və sair kimi filmlər həyatımda silinməz iz qoyub.”God father”-de ailə münasibətləri,”Scarface”-də hansı yolla olursa olsun ən alt təbəqədən üst təbəqəyə addımlamaq,”I am legend”-də nə olursa olsun hətta bütün dünyada tək olsan bilə yaşam hissinin güvvəti məni çox düşündürüb.
-Bu gün Azərbaycan da kitab oxunmur Samir Kerimoğlu nece kitab
oxuyurmu?Ən çox sevdiyiniz kitab haqqında danışardınız bir az…

-Bəli mütaliəni çox sevirəm.Son oxuduğum kitab isə Verberin “Biz Allahıq” kitabıdır.Ümumiyyətlə Verberi son zamanlar çox oxuyuram.Çingiz Abdullayevin demək olar bütün kitablarını oxumuşam.Stiq Larssonu bəyənirəm.

-“Utopiya”ni ni necə görürsünüz?Samir Kərimoğlunun Utopiyasi necədir?

-Utopiyası dedikdə nə başa düşürəm? Samir Kərimoğlunun utopiyası elə onun filmləridir.Yəni reallığıdır.Mən utopiya ilə deyil reallığla yaşayan adamam.

Hmm,maraqlı cavablar idi məncə.Samir Kərimoğlu yaddaşımda heqiqətən cox yaxşi bir rejisor kimi iz qoyub. Müsahibəyə razılıq verdikdə isə çox sevindim.Maraqlı müsahibə uçün Samir Kərimoğluna təşəkürlərimi bildirirəm…

Orxan Ahmədsoy

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s