Ağ-qara kadrlar

Posted: Şubat 19, 2012 in Ümumi
Etiketler:, , , ,

                                                                                 Ağ qara kadrlar…Hər şey gözünün önündə ağ qara kadrlar səklində görünür.San ki, o bunlari yasamayıb və sadəcə bir filmdən izləyib.Köhnə və mənasız bir filmdən.Ailə və dava.O isə balacadı gözlərini yumur,cünki qorxur ağlamaq istəyir amma ağlamır,sadəcə hər seyin ne vaxt bitəcəyini gözləyir.Və hər sey bitir.Atası qapıni çırpır və gedır.Bu gün onun doğum günü idi.Həyat bəzən bizə cox qəddar surpirzlər edir.Biz isə öyrəsirik.Nece ki,o da öyrəsdi,böyüdukcə.Hər  doğum günün də atasının hədiyyə ilə qapıdan içəri girəcəyi ümidi ilə.Amma gedənlər qayıtmır.Tezliklə həyat bunu da öyrətdi.Həyat da nə qədər cox şey öyrədirmiş insana…

Və artiq böyümüsdü o.Hamı kimi.Amma hamıdan fərqli bir susqunluqla.Uşaqlıq vərdişləri  dəyismir.Nece ki,yaralar sağalsa da izlər qalır.Qəlbidə daha əvvəl ki,kimi döyünmürdü.İnsan qəlbi usaqliq arzuları ilə döyündüyü kimi döyünmür hec vaxt.Amma döyünərmiş…O nu görəndə bunu anladi.Yenə dili tutuldu,əli əsdi və qəlbinin səsini esitdi.Qəribədir həyatına bir insan daxil olur və o sənin usaqlıq arzuların qədər təmizdi.Bir anlıq hətta dəli olduğunu düşünürsən.Çünki o sənin xəyallarındakindan belə daha gözəldi.Və qarsıliqsız sevgi ilə bağlı hekayələr.

Bü gün hava gözəldi fevrala xas soyuq olmasına baxmayaraq.İnsanlar yenə harasa qaçışırlar,həyatlarında hər şeyə gec qalsalarda…Bankin qabağın da hər zaman çoxlu insanlar olur.Hamısının da üzundə qayğı.Həyat kimi banklarda insanların həyatını məhv edir…Və o bunlari düşunərkən qarşisina çıxacaq adamdan xəbəri yox idi.Atasi…Atası sadəcə ağ-qara kadrlardan yaddaşında qalmişdı.Və yenə ağ-qara kadrlar həyatına daxil oldu.O bunu güzləmirdi.Görəsən indi nə deyecəkdi ona?Bəlkə onsuz keçirdiyi doğum günlərinin hesabını sorusacaqdi.Amma yox susurdu.Sükütü arxadan gələn oğlan pozdu – “Ata gəl gedək”.Həyatın daha bir surprizi.”Mənim qardaşım” həyatın ironiyaları…

Görəsən insanı bir anda məhv edən şey nə ola bilər?Uzun illər boyu görmədiyi atasını və ögey qardasıni görmək? Amma indi sadəcə sevdiyi insanı görmək istəyirdi.Sadəcə onu görmək və onun gözlərində hər şeyi unutmaq.Onun gülüşü həyat verirdi.Amma indi,həyat aldi sanki.Çunki basqasina gülürdü.Heç vaxt onun üzünə gülmediyi kimi.Sevgi dolu gülürdü…Bir anlıq hər yerin qaraldığinı hiss etdi.Yene ağ-qara kadrlar.Gözündən aşağı süzülən damcıları hiss etdi…Heyat yenə ona öz hədiyyəsini etmisdi.Axı bu gün onun ad günü idi…

Bu hekayə fason postu niyə yazdığımı heç özümdə bilmirəm.Sadəcə bildiyim ağ-qara kadrlarım həyatınızı məhv etməsinə imkan verməyin…

Orxan Ahmədsoy

Yorumlar
  1. Ayka diyor ki:

    Maraqlidi sonluq xosuma geldi…

  2. Nurane diyor ki:

    Sadəcə bildiyim ağ-qara kadrlarım həyatınızı məhv etməsinə imkan verməyin…Bu soz xosuma geldi.Yaxsi yazmisiniz,pis deyil

  3. kerimzade diyor ki:

    kim yazibsa menim heyat hekayemi yazib,prostu menim 2 qardasim var

  4. Farxad Melikli diyor ki:

    ela!

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s