Yol Əhvalatı

Yayınlandı: Ocak 6, 2012 / Ümumi
Etiketler:, , ,

 Ehh…Evdə oturmaqdan heç xoşum gəlmir. Həmişə gəzməyi, səyahət etməyi sevmişəm. Düzdür hər gün küçəyə çıxanda eyni yolları gəzməli olsamda başqa əlac yoxdur gəzməliyəm. Yollar eyni olsa da həmişə eyni hadisələr olmur, müşahidələr fərqli olur. Elə bu gün də ürəyim sıxıldı evdə oturmaqdan və “eləmə tənbəllik” əynimi geyinib çıxdım küçəyə.
Bildiyiniz kimi şəhərimizdə (Şəki) abadlıq işləri aparılır. Bir neçə gün idi ki, yolda təmir işləri gedirdi. Küçəyə çıxanda yoldakı təmir işlərinin başa çatdığını görüb sevindim. Super əhval-ruhiyyəm vardı və yenə həmin yollarla irəliləməyə başladım ama hiss etdimki nəsə çatışmır. Həə… Musiqi, musiqi çatışmır. Qulaqcıqlarımı taxıb musiqi sədaları altında yoluma davam edirəm. Yol boyu Evlərə qoyulan yeni qapılara baxıram. Bilirsizdə bizim şəhər üçün təzə qanun çıxıb hamıda eyni cür qapı olmalıdır, ancaq taxta qapı. İnqubator cücələri kimi düzülmüş qapılar… Heç də xoşlamadım bu üsulu elə də yaxşı görünmür. Guya şəhəri qədimləşdirirlər..ehh…

Şəhəri azca duman bürüdü. Belə havanı çox sevirəm.Belə havada gəzintiyə çaxmaq mənə həzz verir. Bir az irəlilədikdən sonra gözüm bir şeyə sataşır. Binanın 5-ci mərtəbəsində dayanmış biri ilə aşağıda, yolda dayanmış biri ucadan qışqıra-qışqıra söhbətləşir. ” Ə Məmməd nağasaan?…”. Sözün var çıx yuxarıda denəndə.Küçə mədəniyyəti… Elə bu haqda düşünə-düşünə gedirdim ki, Çayın qırağında yazılmış yazını gördüm ” Bura zibil atan 550 manat cərimə olunacaqdır”. Görəsən buna məhəl qoyan var? Heç inanmağım gəlmir çünki o qədər zibil var ki, çaydan ifunət iyi vurur. Elə gözümün qabağında biri gəlib bir vedrə zibili boşaltdı çaya. Bilmirəm niyə amma gülməyim tutdu 🙂

Yoruldum və qərara gəldim ki, qayıdım evə. Evə qayıdarkən təmiri başa çatdığı yolun yenidən söküldüyünü gördüm. Səbəb isə: Buradan kanalzasiya boruları keçməli imiş yaddan çıxıb eləmiyiblər, indi yenidən qazırlar. Şüarımız yadıma düşdü “Əvvəl tikək sonra sökək”.

Gəzintim zamanı yolüstü çəkdiyim gülməli, ağlamalı, maraqlı, savadsız və s. və i.a şəkilləri postun sonunda yerləşdirəcəm 🙂

Həə bu günlük  gəzintim də belə başa çatdı. . Nəysə yoruldum evə gedim yatım. Bəlkə yenə yuxuda Utopiyamı görərəm 🙂


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2-ci və 3-cü şəkillərə görə Könül Yazar Sultanaa və Fərid Hacıyevə təşəkkürlər. ( Könül görüb, Fərid çəkib 😀 )
Şəkillərin müəllif hüquqları qorunur… 

(VAQİF QƏDİR…)

yorum
  1. Nağıllardan => Reallığa dedi ki:

    Əvvəl tikək sonra sökək” prinsipinə elə bilirdim Bakıda və Sumqayıtda əməl olunur… Sən demə bütün Azərbaycanda belə imiş.
    P.S.: şəkli Farid Hajiyev çəkib, bunları görən isə səhv etmirəmsə Könül idi. Yalnız bu haqda blog yazmaq üçün mən çəkilməsin xahiş etmişdim… 😉 Buyur…

    • utopikxarabaliq dedi ki:

      Yox bu prinsip bütün Azərbaycanda var 🙂
      PS: Nə bilim mənə elə gəlir sənin idi yadına gəlirsə hələ o vaxt səndən icazə almışdım şəkillər üçün.Nəysə düzəldərəm 🙂

  2. Fatya dedi ki:

    Haha =D en son elan zoordu, gormushem onu, zarafatsiz qizlarin neye lazi olduglarini qeyd etmiyibler

  3. utopikxarabaliq dedi ki:

    Hə Fatya maraqlı sualdı “nəyinizə lazımdı?” 🙂

  4. Tural Veliyev dedi ki:

    Haha 🙂 ela yazmisan 🙂

  5. utopikxarabaliq dedi ki:

    Təşəkkür 🙂

  6. smikayilli dedi ki:

    Yaxşı ki, gəzintin zamanı yolun kənarlarında olan quyulara düşməmisən.

  7. utopikxarabaliq dedi ki:

    Hə gərək onu da qeyd edərdim 🙂

Fatya için bir cevap yazın Cevabı iptal et