Bir Şar-Bir Təbəssüm :)

Posted: Aralık 26, 2011 in Ümumi
Etiketler:, , ,

Siz heç dünyanı xilas etmək haqqında düşünmüsüz? İnsanları məhv etdiyi hər gün saysız-hesabsız insanların məhv olduğu dünyanı. Biz bir şarla dünyanı xilas etdik. İnanmırsız bunu edə biləcəyimizə? Yəni sizcə bir şarla dünyanı xilas etmək olmaz?  Bəs bir gülüşlə necə? İnanın etmək olar, biz bunu bacardıq bir şarla yaratdığımız bir təbəssümlə. Hər şey Bir Şar = Bir Smile aksiyası ilə başladı. Uşaqlara veriləcək bir şarın onların həyatındakı rolunu mən heç vaxt belə təsəvvür edə bilməzdim. Aksiyaya şar almaq üçün bazara gedərkən binadan gələn səs-küy diqqətimi çəkdi. Yenə hansısa ailədə bərk mübahisə gedirdi. Yenə çığırtı bağırtı, etikadan uzaq bir neçə sözlər… Və siz bu bərk mübahisələrin arasında uşaqların psixologiyasına dəyən böyük zərər haqqında heç düşünmüsüz? Sizi bilmirəm amma mən yol boyu çox düşündüm. Başımdakı şaxta baba papağına kinayəli gülüşlə nəzər yetirən insanlara məhəl qoymadan. Artıq saat 3 idi, şarlar şişirdilmiş aksiya başladılmış və mənim beynimdəki suallar hələ də mənə əziyyət verirdi. Qarşıma çıxan ilk uşağa şarı hədiyyə edənə qədər. Bütün qorxunc sualların ən gözəl cavabı idi sanki uşaqların üzündə bir şarla yaranan gülüş. Bu mövzunu çox uzatmaq olar amma uşaqların üzündəki sevinci heç bir kəlmə ilə izah edə bilmərəm.

Bəs indi necə bir şarla dünyanın xilas ola biləcəyinə hələ də inanmırsız? Bəlkə sizdə sınayasız bunu? İnanın mənə gic-gic əyləncələr qaçmır, çata çevirdiyinz facebook-dakı tanışlıqlar qaçmır, TV-lərdəki mənasız verlişlər qaçmır. Amma onların uşaqlıqları əlimizdən qaçır. Hətta bir şarla belə onların üzündə gülüş yarada bilərik. Hələ də gec deyil sizdə qarşınıza çıxan ilk uşağa şar hədiyyə edin.:)

(Orxan Ahmedsoy)

Yorumlar
  1. veliyevt diyor ki:

    🙂 Zoor

  2. evez diyor ki:

    cox duscelidi

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s