Başlıqsız Etiraflar…

Posted: Aralık 16, 2011 in Ümumi
Etiketler:, ,

Etiraf edək ki,  başlığa söz tapmadığımızdan heç nə yazmırıq🙂

Vaqif

Etiraf etməyə çox şeyim var indiki etiraflarım isə etiraflarımın kiçik və mənasız bir hissəsidir🙂

Orxan

Etiraf etməyi bacarıram və bir dəfə cəmisi ürəkdən etiraf etmişəm

Vaqif

Tənhalığı sevməsəm də arabir tək qalmağı sevirəm

 Orxan

Həyatım boyu yalnız bir insanın yanımda olmasını istəmişəm və yalnız ona möhtac olduğumu hiss etmişəm

Vaqif

Həmişə baxtsizliyimdən şikayətlənsəm də axır vaxtlar yaman bəxtim gətirir🙂

Orxan

Göydən 3 almanın düşməyəcəyini bilirəm, amma nə qədər nağıllara inanmıram desəm də inanıram.

Vaqif

Bu yaxınlarda gələcəklə bağlı böyük bir planım alt-üst olmaq üzrədir 😦

Orxan

Çox məsuliyyətsiz insanam özümə qarşı çox məsuliyyətsizəm

Vaqif 

Özümə baxan insan deyiləm amma saatlarla güzgünün qabağında duranlara həsəd aparıram🙂

Orxan

Çox kitab oxumağı sevirəm. Əslində bu bir növ minnət borcdur. Kitablar mənim pis günlərimdə tək qoymadığı üçün mən də onları rəflərdə toz basmağa qoymuram.

Vaqif

Çox danışan insan deyiləm.Susmağı daha üstün tuturam.

Orxan

Siyasətin, dinin, millətçiliyin ümumiyyətlə insanları bir-birindən ayıran bütün düşüncə tərzlərini qabardılmasının əleyhinəyəm

Vaqif

Kompleksliyəm. və bu xüsusiyyətimdən zəhləəəm gedir!!!

Orxan

Etiraf edim ki, bu etiraflarımda ” Ona” etdiyim etiraflarım qədər səmimi alınmadı.

Birgə etdiyimiz qələtlər🙂

Dost olana qədər düzü bir-birimizdən elə də xoşumuz gəlmirdi.

Bəzən dəlilik eləməyi xoşlayırıq. Məsələn polis idarəsinin yanında ayaqqabı əlimizdə ayaqyalın gəzib polislərin diqqətini çəkmək. Yaşasın AZADLIQ!!!🙂

Gecənin qaranlığında dağa qalxıb yolu itirib heyvan səslərini eşidən kimi  üzüaşağı qaçmağımız da olub🙂

Çay keçməyə körpü dura-dura ayaqyalın buzlu sudan keçməyin yeri var🙂

Dost olmağımız da, bloqçu olmağımız da təsadüfün nəticəsidir.Amma təsadüf yoxdur zəruriyyət var.

Növbə sizdədir Məmməd Hüseynbəyli, Səfər Mikayıllı, Ayişə Yolçuzadə

Yorumlar
  1. Fərid diyor ki:

    Vaqif optimistdir, Orxan isə öz ampluassındadır – Pessimist adam🙂 ama maraqlı etiraflar idi uşaqlar!
    Etiraf edim ki, sizin ŞBK-nin üzvü olmağınızla fəxr edirəm! Sükanı belə saxlayın

  2. utopikxarabaliq diyor ki:

    Bizdə səninlə fəxr edirik Fərid. Həmişə deyirəm də sən Şəkinin sağ gözüsən🙂 Çox sağ ol (Vaqif)

  3. AyishaRoman diyor ki:

    ( Ayişə) adimi duz yazin a bala😀 ha bu arada, ela idi, ugurlar🙂

  4. utopikxarabaliq diyor ki:

    Sorry Ayişə🙂 təşəkkür! (Vaqif)

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s