“Varis Yolçiyev”- dən kiçik müsahibə

Posted: Aralık 13, 2011 in Müsahibə

Salam əziz oxucular. Və kitab oxucuları. Əslində bu günki postum daha çox kitab oxucularına aiddir. Çünki bu gün sizə Varis Yolçiyevdən aldığım kiçik müsahibəni təqdim edəcəm. Bu yazını yazmazdan bir neçə gün öncədən kitab satışı ilə bağlı məlumatlar əldə etməyə çalışdım. Aldığım təqribi statistikalar isə ürəkaçan oldu. Əvvəlki illərə nisbətən son zamanlar kitaba təlabat xeyli artıb. Amma, paytaxta nisbətən regionlarda bu bir qədər zəifdir. Rayonlarda kitab satışının zəif olmasının başlıca amillərindən biri, kitabxanaların olmamasıdır. Mən yaşadığım şəhərdə ( Şəki ) yalnız bir kitab satılan mağaza var ki, orda da gənclərin maraq dairəsində olan kitablar çox azdır. Bu mağazanında kiçik bir hissəsi bədii kitab üçün ayrıldığından,  rayonun kitab təlabatını ödəmək iqtidarında deyil. . .. Nəysə çox danışmaq istəmirəm  amma müsahibəni təqdim etməmişdən öncə yazıçının nailiyyətləri haqqında qısaca məlumat verim.  

Yazıçı, 2008-2010-cu illərdə  “Sonuncu ölən Ümidlərdir”, “Bir ovuc torpaq” və sənə inanıram kitablarını çap etdirib. “Sonuncu ölən ümidlərdir” kitabı 4 təkrar nəşrlə müstəqil Azərbaycanın ən böyük tirajlı bədii kitabı hesab edilir.  Kitab klubunun reytinqində 2009-ci ildə ölkədə ən çox oxunan kitab kimi birinci olub. “Bir ovuc torpaq” 2011-ci ildə “Azərbaycan Qızıl kəlmə ali ədəbiyyat mükafatı laureatı” na layiq görülmüşdür. daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

MÜSAHİBƏ

-Müşahidələrimə görə son zamanlar kitab satışının sayı xeyli artıb.Bunun səbəbini nə ilə əlaqələndirərdiz?

-Bəli, son vaxtlar nəşrimizdə çox maraqlı imzalar peyda olub. Üstəlik, “Bakı Kitab Klubu”, “Ali ve Nino”  kitab mağazaları şəbəkəsi kitabın təbliğində çox böyük işlər görür. Bu səbəbdən kitab satışı artır.

-Bəs  kitab satışı bölgələrdə nə vəziyyətdədir?

-Bərbad!

Əsərdəki hadisələri real həyatdan götürmüsüz yoxsa sadəcə yazıçı təxəyyülünün məhsuludur?

-Əsərlərimdəki hadisələr real həyatdan götürülüb və azacıqda təxəyyül əlavə olunub.

Əsərlərinizdə öz yəyatınızdan fraqmentlər var?

-Lap azacıq epizodik fraqmentlər var.

-Texnologiyanin inkişafı və gənclərin buna olan böyük marağının kitaba təsirini necə qiymətləndirirsiz?

-Texnologiyalar gəncləri kitabdan uzaqlaşdırıb. Amma məsafə elə də çox deyil. Tezliklə bu məsafə yox olacaq. Kitab yenə də, məişətin vacib atributuna çevriləcək.

-Xarici yazıçılarla yerli yazıçılarımızın (və sizin) yazı üslubunda nə kimi fərqlər var? Və ya ümumiyyətlə fərq varmı?

-Xarici deyəndə, hər yazıçı öz xalqının ədəbi ənənələrinə söykənərək yazır. Bu təbii prosesdir.

 Dekabrın 10-u  “Yetmiş yeddinci gün” adlı yeni kitabınızın təqdimat mərasimi oldu. Tədbir ürəyinizcə keçdimi?

-Saat yarım davam edən tədbirin hər dəqiqəsi bir kitabım satıldı və bu rekorddur.

Kitab oxucularına və bloqumuzun oxucularina demək istədikləriniz varmı?

Hamısına can sağlığı. Kitabları sevin və oxuyun.

əllif hüquqları qorunur…!

əllif: Vaqif Qədir

Yorumlar
  1. raya1993 diyor ki:

    Əzizim Vaqif🙂. Əla blog postdur bəyəndim. Amma jurnalistikada bir biclik var da sən müsahibinə sual vermək istəyirsənsə çalışmalısan ki cümlənin sonunda ? bu işarə olmasın. Müsahibiniz sizin suallarınıza tam dolğun cavab verməyib elə buna görə ki sualla müraciət etmisiz. Amma bu cür qursaydiniz suallarınızı ” Bəs kitab satışı bölgələrdə nə vəziyyətdədir? Bundan xəbərdarsanız danışardız” məsəl üçün yazdım. Yəni sual sonluğu bu cüqr bitməlidir bu anda müsahib istər-istəməz tam dolğun cavab verməyə məcburdur🙂. Kiçik bir məsləhət.

  2. ALI diyor ki:

    Yazıçını indi tanıdın əsərlərini oxumağa çalışaram.Təşəkkürlər.

  3. shexsiyyetsiz diyor ki:

    musahibeye sozum yoxdu! ugurlar! ama bir sey deyim ki, suallarini daha cox psixoloji ve oxucunu maraqlandiracaq sepkide yonelt. daha cox eserleri haqqinda sual ver. bu senin onu tanidigina subutdur. yazicinin heyat ve yaradiciligina az yer ayir, giris seklinde ver hemise.
    ama oz aramizdi men bu yazicini ele de beyenmirem🙂
    \bir daha ugurlar!

  4. utopikxarabaliq diyor ki:

    Bu gün eşitdiyim ikinci dəyərli məsləhətdir🙂 Bayaq dediyim kimi inşallah gələn dəfə nəzərə alaram. Xoşuna gəlmirsə bu təbiidir🙂

  5. onur diyor ki:

    Gözəl yazıçıdır əsərlərini çox bəyənirəm. Müsahibə də əladır ən əsası məni düşündürən sualı vermisiz.Mənə maraqlı idi ki görəsən əsərlərindəkilər real həyatdandır? buna axirki cavab tapdım. Təşəkkürlər

  6. AyishaRoman diyor ki:

    Qəşəngdi, uğurlar arzu edirəm.

  7. Metamarfoz diyor ki:

    Maraqli idi ..Tesekkur))

  8. VUSAL diyor ki:

    Musahibe maraqli idi ugurlar

  9. Rahim Aliyev diyor ki:

    oxudum inanıram ki,gənclərin bu sahəyə marağı artar

  10. utopikxarabaliq diyor ki:

    Ümid edək Rahim🙂

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s