Keçmişin çapıqları

Posted: Aralık 12, 2011 in Ümumi
Etiketler:, , ,

                                                                                 Axır ki onu tapdılar.Bir neçə böyük oğurluq və cinayətdən sonra axır ki ələ keçdi.Demək olar ki son vaxtlar bütün mediya bu cinayət və oğurluqlardan danışırdı.Təsəvvür edə bilirsiz,insanlar uzun illər boyu halal zəhmətlə qazandığını o,bir gündə oğurlayır.Bəzən insanların niyə bu qədər alçaldıqlarını anlaya bilmirəm.Görəsən həyat bunu insanlara məcbur edir,yoxsa bu insanın xislətindədi?Məncə həyatın heç bir günahı yoxdu.Həyat insanların öz günahlarını boynuna atdığı adi bir yalandan başqa heç nə deyil.Həyatdan alınan hansı zərbə insanı qatil-oğruya çevirə bilər?Yəqin ki,bütün günahkarların bir yalanı var bu haqqda.Böyük ehtimal bu da hansısa yalanla özünü təmizə çıxartmağa çalışacaq kameranın önündə..Amma əbəsdi.Heç bir bəzəkli söz ya da göz yaşı onu xilas edə bilməz indi.Bu qədər əməldən sonra artıq onun da həyatının qalan hissəsi həll olunub.Cəmi 18 yaşı var və onu uzun müddətli dəmir barmaqlıq gözləyir.Az yaşına rəğmən üzündəki böyük çapıqlar ona vahiməli bir görünüş verir.

Əslində belə insanların  həyatlarındakı səhvlər üzlərində də öz izlərini qoyub.Bəlkə də üzündəki bu çapıqlar ona nifrəti bir qədər də artırır.Artıq verlişin sonudur.Və bu cinəyatkarın  sonu da artıq çoxdan gəlib.O adi çapıqlı cınayətkar kimi yadda qaldı.

O qatil idi,o oğru idi.Amma yaddaşda qalan daha çox onun çapıqlı üzü idi.Keçmişin izləri uşaqlığın yaraları.Onun adı yoxdu.Onu zibil yeşiyindən tapmışdılar.Kimlərinsə bir anlıq həzzinin qurbanına çevrilmişdi.Üzündəki çapıqlar da zibil yeşiyindəki siçovullardan qalmadı.O qatildi,oğrudur,kimlər üçünsə çapıqlı cinayətkardır.BƏS GÖRƏSƏN ƏSLİNDƏ O KİMDİR?

(Orxan Ahmedsoy)

Yorumlar
  1. Səfər diyor ki:

    O bizim kimi bu həyatda yaşayan insandır. Amma bizdən fərqli olaraq o, cinayətkardır.

  2. utopikxarabaliq diyor ki:

    Biz hamimiz cinayetkariq hamimiz neyise mehv etmisik.

  3. shexsiyyetsiz diyor ki:

    unutma, mal ogrusundan daha qorxuludu arzularin ogrusu! onun arzularini ogurladiqlari ucun o da mal ogrusu oldu! nus olsun!

  4. Zulya diyor ki:

    oda heyatin oyunlarinin qurbanidi

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s