İkinci dəfə Sumqayıtda

Posted: Aralık 6, 2011 in Ümumi
Etiketler:, ,

                                                                                              Birinci dəfə bu şəhərə dərdlərimlə gəlmişdim.İndi isə qəribə bir sevinc var içimdə.

Birinci dəfə bu şəhərə gələrkən içimi bürüyən pessimist hissləri indi çox gözəl və qəribə bir hiss əvəz etmişdi.Mən uzun və bezdirici yolları sevmirəm.Amma bu yolu çox sevdim.Çünki məni hədəfə doğru aparırdı.Hədəfə doğru gedən hər yol müqəddəsdir.SumqaYol boyu yaddaşımda bir çox fraqmentlər qaldı.Amma yaddaşımda qalan yarımçıq tikililərdi.Həyat bizi get gedə yarımçıq tikililərə çevirir.Hər nəsə….

Bakıdan Sumqayıta yollanarkən bir şey diqqətimi çəkdi.Bakının işıqları hər dəfə bir başqa parlayır.Sumqayıtda otelə daxil olarkən təşkilatçıları like etdim.=)Otağıma yerləşərkən qəlbimdə bir şeyi kəşf etdim.Mənim qəlbim bahalı otel otağı kimidir.Nə qədər bahalı olsa da hamıya yaddır..

Və nəhayət Sumqayıt Bloq Günü başlandı.Bu tədbirin Qafqaz Universitetində keçirilməsi məni çox sevindirdi.Məncə tədbirin möhtəşəmliyi ilə Qazqaz Universitetinin möhtəşəmliyi bir-birini tamamlayırdı.Konfras zalina daxil olarkən bu qədər çox bloqçu görmək mənə müsbət təsir etdi.Disskursiyalar,elektron təhsil və hökumət haqqında olan müzakirələr necə deyərlər çoxlarının ürəyindən tikan çıxarıb çoxlarının ürəyinə ox sancdı.=)

Tədbirin ikinci günü mənim kifayət qədər sevindirməklə bərabər həm də təəccübləndirdi.Sumqayıt Şəhidlər xiyabanında olmağımız da lap yerinə düşdü.ŞƏHİDLƏRİMİZLƏ QÜRUR DUYURAM.!

Bəlkə də həyat böyük bir “bazardır”-deyə düşündüyümdən mənə bazara ekskursiya düşmüşdü.Bazarlardan da dəyərli bir məhvum varsa o da ailədir və biz Sumqayıt ailəsindəqonaq  idik.Bu ailə öz qonaqpərvərliyi ilə bütün Sumqayıt ailələrini layiqincə təmsil etdi.

Və sonda ən çox yadımda qalan Sumqayıt sakinindən aldığım müsahibədə dedikləri oldu:

Xariqələr yaradır el Sumqayıtda-daha yaratmır oğlum daha yaratmır.

Yaradacaq dayı yaradacaq narahat olma..

Bu tədbirdən sonra məndə bir inam yarandı.Mən də bacaracam böyük bir bloqçu olmağı bacaracam.(Orxan Ahmedsoy)

Yorumlar
  1. Səfər diyor ki:

    Super. Amma başdan ikinci abzasa diqqət yetir. Orada kiçik səhvə yol vermisən

  2. Aysel diyor ki:

    yazdiqlarin xowuma geldi.inaniram ki,arzularin bir gun yerine yetecek.cunki men seni taniyiram.biliremki qarwina qoydugun meqsede catmaq ucun elinden geleni edirsen.bu yolda sene UGURLAR!!!!!!

  3. Bhoni diyor ki:

    Sumqayitdz defelernen olmuwam…ama senin fikirlewdiylerin…ne bilim senin kimi duwunmurdum…adi weher gozuynen baxirdim ora…cox geribe tesuratlarin var…seni az cox taniyiram…seni bawa duwurem…ama sende yaxwi bilirsenki men pessimistende o terefeyem…weytanam hetta…ama sozlerin o geder dogma geldiki…bir nece deg erzinde gozumde cox yukseldin…Tanriya minnetdaramki senin kimi derin duwunceli,bawa duwen ve bu zemanede bir coxlarinda olmayan saf ureyli bir dost verib…ee yene ozumu unutdum ele hey yaziram…neise…oldugun kimide qal DOST…

  4. utopikxarabaliq diyor ki:

    Heyat ketin duzeler
    men ketin deyiserem..
    Sumqayiti cox sevdim oz sakitliyinin derinliyindeki ses kuyu ile

  5. Resel diyor ki:

    “Hedefe dogru geden her yol muqeddesdir” fikrinizi cox beyendim.Size aiddir bu soz?

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s