Sumqayıt və bloq günü

Yayınlandı: Aralık 6, 2011 / Ümumi
Etiketler:, , , ,

   Dekabrın 3-ü və 4-ü “Barcamp Azərbaycan” və”Sağlam düşüncə Gənclər Təşkilatı” nın birgə layihəsi olan “Sumqayıt Bloq Günü” tədbiri baş tutdu. Mən də bu tədbirdə iştirak etmək hüququ qazandım. Dekabrın 2-si Sumqayıta yola düşdük. Hoteldə gecələdikdən sonra “Qafqaz Universiteti” nə yollandıq. Tədbirin açılışını “Gənclərin Səsi” radiosunun yaradıcısı,  direktoru Azər Nəzərov etdi. Bundan sonra seminarlar, təqdimatlar başlandı. Bir çox mövzular müzakirə olundu. Ən maraqlısı isə elektron təhsillə bağlı oldu. Gənc bloqçular Təhsil Nazirliyinin nümayəndəsini sual yağışına tutsalarda, deyəsən istədikləri cavabı almadılar 🙂

Bundan sonra  qruplara bölünərək qrup rəhbərləri ilə ( könüllülərlə) birlikdə Sumqayıtı ekskursiyaya başladıq. Tədbirin ən maraqlı yeridə elə burası idi 🙂 .

Şəhidlər xiyabanında başlayıb, Heydər Əliyevin heykəlinin yanında bitən ekskursiyamız çox maraqlı keçdi. Məşhur “Göyərçin” abidəsi, park, Sumqayıt bazarı, İcra Hakimiyyəti və bir çox mədəniyyət binaları ilə tanış olduq. Ekskursiyanın əvvəlləri cansıxıcı keçsə də,  şəhərin mərkəz hissələrinə doğru getdikcə şəhər elə bil canlanır.

Bundan sonra proqrama uyğun olaraq bir Sumqayıt ailəsinin qonağı olduq. Ev sahibinin bişirdiyi yeməklərdən daddıqdan sonra yorğunluğum biraz keçdi. Bir az söhbətləşdikdən sonra yorğunluğumuzu çıxarmaq üçün  “disko party” təşkil olundu.

Səhəri gün ancaq seminarlar, təqdimatlar oldu. Seminarların ortalarında bəzi iştirakçıları ( elə mənidə 🙂 ) yuxu tutsada Əhməd Muxtarın fotobloq təqdimatı zamanı hamıda gümrahlıq hiss olunurdu. Onun çəkdiyi çox maraqlı və təsadüfi foto isə auditoriya tərəfindən böyük alqışlarla qarşılandı.

Vaxtın düzgün bölünməsi, proqramda göstərilən əməliyyatların vaxtında həyata keçirilməsinə imkan yaradırdı.  Ümumilikdə tədbir çox yaxşı keçdi. Axşam saat 10-da küçədə açıq mağaza tapmayıb ac yatdığımı nəzərə almasaq… 🙂 Amma bu tədbir hər şeyə dəyərdi. Ac qalmağa da, yorğunluğa da… Hər şeyə dəyərdi…

Müəllif:  Vaqif Qədir

yorum
  1. smikayilli dedi ki:

    Super post. Musabiqede sene de mene de ugurlar

  2. utopikxarabaliq dedi ki:

    Çox sağ ol. Uğurlar!

  3. Adil Memmedli dedi ki:

    Ela cox gozel idi.

  4. azad dedi ki:

    qəşəəəydi

  5. orxan dedi ki:

    uğurlar sizə hər zaman zirvədə olun və növbəti pillərə qalxmaq üçün çalışın

  6. ferhad dedi ki:

    çox yaxşı uğurlar

  7. Abdul dedi ki:

    maraqli idi. super yazmisan ugurlar!

  8. utopikxarabaliq dedi ki:

    Çox sağ olun. təşəkkürlər 🙂

  9. Tural Veliyev dedi ki:

    Zooor heyf ki men ola bilmedim 🙂 Yeni ugurlar arzu edirem 🙂

  10. Rahim dedi ki:

    post əla bundan da böyük seminar müsabiqələrdən bloqun eşidilsin postun yazılısın

Tural Veliyev için bir cevap yazın Cevabı iptal et