Müasirliyə doğru yoxsa əksinə?!

Posted: Kasım 27, 2011 in Ümumi
Etiketler:, , ,

Salam Azərbaycan!Bu dəfəki postum müasirliyə doğru getməyimizə baxmayaraq hələ də ibtidai düşüncəli insanlar,adətlərimiz haqqında olacaq.Bu mövzu haqqında çox danışmaq olar amma çalışacam ki,şəxsi fikrimi sizlərə qısaca olaraq çatdırım.Fikrimcə bir azdan qeyd edəcəyim bir çox köhnə,necə deyərlər “Nikolaydan qalma” fikirlərin kökündə mentalitet adlandırdığımız bir mənəvi varlıq dayanır.Bunu necə adlandıraq? Psixoloji asılılıq yoxsa cəmiyyətdən asılılıq?Hər halda nə olursa olsun,asılılıq,köləlik olan yerdə xoşbəxtlikdən danışmaq yersizdir.

İndi sizə mentalitetimizin bəzi pis tərəflərinin necə yarandığı haqda qısaca məlumat verim. XIX əsrdə Xanlar,bəylər və varlılar 2-ci, 3-cü, 4-cü, arvad almaq üçün mentaliteti bəhanə etdilər.Bundan sonra xanımlar məcburi olaraq kiminsə 2-3-cü xanımı olmağa razı olurdular.

XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də XIX əsr qaydaları ilə 14-15 yaşlı qızları ərə vermək nə dərəcədə düzgündür?Qızların təhsil almağına qarşı çıxan valideynlər gənc nəslin kütləşməsinə səbəb olurlar.Budurmu mentalitet? İllərdir, əsrlərdir asılı qaldığınız “sürü düşüncəsi”.

Belə hallar əsasən cənub tərəflərdə daha geniş yayılıb.Postuma yerləşdirdiyim video da bunun baris nümunəsidir.Axı ömrümüzü başa vurduqdan sonra bizə 2-ci həyat verilməyəcək ki,bu həyatda edə bilmədiklərimizi,arzularımızı yerinə yetirək.Elə isə niyə həyatımızı istədiyimiz kimi yaşamayaq?

Statistikaya görə ölkəmiz uşaq aldırmalarının sayına görə MDB-də 4-cü yerdədir (Bu haqda əməkdaşım əvvəlki postunda qeyd etmişdi).İçki satışı sayına görə Rusiyadan sonra 2-ci yerdəyik.9 milyon əhalisi olan bir ölkə üçün bu faciədir.Məncə bu qədər bəsdir ki,vəziyyətin nə yerdə olduğunu anlayasan…

Bircə onu bilirəm ki, C.Məmmədquluzadələrə,M.Ə.Sabirlərə,”Molla Nəsirəddin”lərə,”Əkinçi”lərə çox böyük ehtiyacımız var…

PS:Deyəsən sizə çox sual verdim hər halda oxucuların da fikri çox vacibdir😉

Videoya görə CTV regional kanalının teleaparıcısı Lvin CanTurana təşəkkür edirəm…

Müəllif:Vaqif Qədir

Yorumlar
  1. Fatya diyor ki:

    Xanlarin ve beylerin 2-3 xanim almaqlarinin mentalitetin yaranmagi ile elaqesini tuta bilmedim, menim fikirimce “mentalitet” dediyimiz anlayish cemiyyetimizin derinliklerinde, sosial, dini ve milli faktorlarin tesiri neticesinde yaranib =) vacib movzuya toxunmusuz.

    • utopikxarabaliq diyor ki:

      Bele bir sey deye bilerem Fatya xanlar beyler hansisa kasib ailenin qizina reva bildiklerini oz qizlarina lzim bilmirler.Qisacasi butun bu qaydalar yalniz mueyyen tebeqeni idare etmek ucundu.Adina ne ad qoyullar qoysunlar…(Orxan Ahmedsoy)

  2. utopikxarabaliq diyor ki:

    Yox demirəm ki,mentalitet belə yaranıb onu deyirəm ki,varlılar 2-ci 3-cü arvad almaq üçün mentaliteti bəhanə edirdi.

  3. Fatya diyor ki:

    He. Eslinde 2-3 xanim almaq dinden qaynaglanir

  4. utopikxarabaliq diyor ki:

    Amma dində zorla ərə vermək yoxdur.

  5. Emil Bağırov diyor ki:

    Mentalitetin heç bir yaxşı tərəfi yoxdur. Kütləvi olan heç bir şey yaxşı ola bilməz. Bu kütləvilik fərdlərin azadlığını boğur.
    Bir də cümlə sonunda nöqtədən sonra boşluq buraxın.

  6. utopikxarabaliq diyor ki:

    Şəxsi fikirləriniz üçün təşəkkür…sonuncu dediyinizi də nəzərə alaram.

  7. smikayilli diyor ki:

    Təəsüf ki, hətta indi də Cənubi Azərbaycanda 3-4 arvad alırlar. İnanmıram bunun sonu olar.

  8. utopikxarabaliq diyor ki:

    İnansan yaxsidi…🙂 Əvvəli olan hər şeyin sonuda var.

  9. Yashar Huseynov diyor ki:

    Maraqlı və aktual mövzudur. Abortu qadağan edən qanun qəbul olunmasının tərəfdarıyam. Bu məsələni tez bir zamanda Milli Məclisdə müzkirəyə çıxarıb, qərar verilməsinə ümid edirəm. Uğurlar sizə uşaqlar!

  10. utopikxarabaliq diyor ki:

    Ümid edək.Sonuncu ölən ümidlərdir… İnşallah bu statistikanı yaxşıya doğru dəyişərik.Təşəkkürlər.

  11. Tural Veliyev diyor ki:

    Burda 2 faktor var : 1)mentalitet ve2) duwuncelerimiz…Mentalitetle dwunce ilk baxiwdan eyni olsada ferqli zadlardi…Mentalitet duwunceni formalawdirir…Ve beli 2_3 xanim almaq debde idi indide qeyri logal yollarla bele zadlar var…Ve bilavasite bu duwuncelerimizin mehsuludur…Muselman olkesi ucun bele zoor faktlarsa heqiqeten agirdir…

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s