YANĞIN ANINDAN QAYNAR POST…

Posted: Ekim 18, 2011 in Xəbər
Etiketler:, , ,

Bu gün 18.10.2011-ci il tarixində Şəki şəhər 20 yanvar küçəsində saat 07:15  radələrində “9 mərtəbə” adıyla tanınan mehmanxananın 4-cü mərtəbəsində şiddətli yanğın hadisəsi baş vermişdir.Ətrafdakı əhalini təşvişə salan yanğın hadisəsinə tezliklə FHN-nin 3 yanğınsöndürən maşını cəlb olunmuş,və yanğının tezliklə qarşısı alınmışdır. Ölən və xəsarət alan yoxdur.Yanğının mənzildəki kondisonerdə yaranan qısa qapanmadan baş verdiyi ehtimal olunur.

Əraziyə FHN əməkdaşlarının vaxtında yetişməsi təqdirə layiqdir.Bu arada bir şey diqqətimizi cəlb etdi.Nə qədər təəccüblü və təəssüflü olsada bəzi maşınlar yanğınsöndürən maşınlara yol vermir,bununlada FHN əməkdaşlarının əraziyə vaxtında çatmasına mane olurdular.

Xatırladaqki bu xəbər ən tez olaraq hadisədən 40 dəqiqə sonra bloqumuzda yayımlanmışdır.

BY VAQİF & ORXAN

Yorumlar kapatıldı.