“HEC VAXT” demə

Posted: Ekim 16, 2011 in Ümumi
Etiketler:, , ,

Ölkədə minlərlə gənc bu bəladan əziyyət kəçir.Hər il minlərlə insan bu bəladan dünyasını dəyişir və ya müxtəlif xəstəliklərə yoluxur.Bu “ağ ölüm” adıyla tanınan NARKOMANİYADIR. Narkomaniya bəlasına qurşanan insanlar,bu zəhəri almaq üçün hər şey etməyə hazırdılar.Öz həyatlarını və ya sevdiklərinin həyatını məhv etmək bahasına olsa belə.İnsan alveri ilə məşğul olanlar isə,narkomaniyanın qurbanlarını,insan alverinin də qurbanına çevirirlər….

Bir müddətdir ki,bu məsələ üzərində işləyirəm.Məncə cəmiyyəti,insanları içdən məhv edən problemə KİV-də geniş yer ayırmaq,bu məsələləri araşdırmaq lazımdır…

Artıq 20 ildirki jurnalistika ilə məşğulam.Bu peşəni çox sevirəm,məni çox yorsada…İşlərim çox olur deyə ailəmə vaxt ayıra bilmirəm.Amma həyat yoldaşım və  qızım bunu mənə keçir.Qızımın 17 yaşı var məktəbi bu il bitirib.İndi isə həkim olmaq istəyir,ali məktəbə hazırlaşır.Onun dərsləri ilə məşğul ola bilməsəmdə,onun ümidləri,arzuları məni ümidləndirir….

Narkamaniya mövzusunu işləyərkən e-mailimə gələn naməlum məktub diqqətimi cəlb etdi:

“Salam.Adımı yazmaq istəmirəm.Ümumiyyətlə hardan başlayacağımı da bilmirəm.Nə deyəcəyimi,nə deməli olduğumu,ya da niyə bu qədər çox səhv etdiyimi.Bəlkə də hər şeyi başdan danışmaq daha yaxşı olar.Kaş ki həyatımı başdan başlaya bilərdim.Amma artıq bunu bacarmaram.Bədənimin hər zərrəsində bu zəhəri hiss edirəm.Əslində mənim hər bir insanın həsəd aparacağı qədər hər şeyim var idi.Atam,anam,evimiz,atamın mənə verdiyi xərcliklər.Amma bilirsiz insanın gözü hec vaxt doymur.Sanki həyatımda yaxşı getməyən nəsə var idi,özümü pis hiss edirdim.Atamın gününün əksəriyyətini işdə keçirməsi,anamın isə rəfiqələri ilə birlikdə yığıncaqları,gözəllik salonları və.s…Sanki onların həyatında mən yox idim.Atam üçün işi,anam üçünsə özünü rəfiqələrinə göstərməyi məndən daha əhəmiyyətli idi.Məktəbdə bitib tükənməyən dərslər,imtahanlar,nəsihətlər,tərbiyələr,sözlər…Sanki hamı mənasız bir filmdə özünün mənasız rolunu gedirdi.O vaxt bəzi insanlarla tanış oldum.Həyatımı məhv edən günlər elə o gündən başladı…

23 yanvar 2010….O gün ad günüm idi,dərsdən tez çıxmışdım.Dəniz sahiliylə gəzərkən,düzü nə qədər nankor olduğumu düşünürdüm.Atam səhərdən axşama qədər bizim üçün çalışır.Anam da ne etsin? Bütün həyatını mənə görə məhv edə bilməz axı?! Bu fikirlə evə qayıdarkən,atamı bir qadınla hotelə daxil olarkən gördüm.Qadının geyimindən artıq qadının kim olduğunu bilmək olurdu.Gözlərimə inana bilmirdim.Mənim atama bu qədər ehtiyacım olduğu halda,o,vaxtını öz fahişəsinə sərf edirdi.Sanki hər şey donmuşdu gözlərimdə.Gözümdən axan ilıq yaşı hiss edə bilmirdim.Gedəcək bir yerim yox idi sanki.Həmin an ağlıma gələn ilk yeim “dostlarım” oldu.Mənə kömək edə biləcəklərini düşünürdüm.Onların mənə köməyi isə bu zəhər oldu.İlk dəfə bu zəhəri qəbul edəndə sadəcə bu ağrını unutmaq üçün bir dəfə  istifadə edəcəyimi zənn edirdim.Hər dəfə qəbul etdikcə bu sondur deyirdim.Amma artıq öz sonumun gəldiyini yaxşı bilirdim.Daha evdəkilərin mənə verdiyi pullar bəs etmirdi.Hər dəfə evdən nəsə oğurlayırdım.Həmin o gün evdən nəsə oğurlaya bilməyəcəyimi gördüm.Bədənim isə əsirdi.Sanki ruhum titrəyirdi.Ağrıdan başım partlayacaq həddə çatmışdı.Dostlarımdan mənə bir neçə qram narkotik vermələrini xahiş edirdim. Pulunu isə tez bir zamanda çatdıracağımı deyir,yalvarırdım.Eşitdiyim cavab isə sadə idi.

-Pul yoxdursa,ağda yoxdur.

-Axı dözə bilmirəm…

-O artıq sənin problemindir.Pul sonra mal.Əgər pul yoxdursa pulun əvəzinə başqa şey tapılar.

Nə? Sualının qarşılığında aldığım iyrənc cavab isə həyatımı tamamilə məhv etdi.Hər gün televiziyada baxdığım insan alverinin qurbanına artıq mən çevrilmişdim…

Bu gün sizi saat 11-də Dəniz kənarındakı fırlanan yelləncəyin önündə gözləyəcəm.Uşaq vaxti atamla tez-tez bura gələrdik”

Bu ismarıcı oxuyarkən yazacağım məqaləni düşünür və öz içimdə qızı şiddətlə qınayırdım.Necə yəni indi bütün anasından az qayğı görən uşaqlar gedib öz həyatlarını belə məhv etməlidirlər?! Düzü hec məndə öz ailəmə,qızıma elədə çox vaxt ayıra bilməmişəm.Mənimdə bir ailə başçısı kimi səhvlərim olub.Amma mən bilirəm,bilirəm ki,mənim qızım hec vaxt belə addım atmazdı!HEC VAXT! HEC VAXT!!!

Saat 9-da işə gəlmişdim.E-mailimi yoxlayarkən növbəti ismarıc olduğunu gördüm.Elə həmin qızdan idi.İsmarıcı oxuyanda sanki içimdə bir şeylər qırıldı.Bütün gecəni beynimdə qınadığım,tənqid etdiyim qız indi mənə necə doğma gəlmişdi.Sanki bütün bu olanların günahı məndəymiş kimi özümü qınayır,necə cılız insan olduğumu düşünürdüm.Əvvəlki ismarıcı bir daha gözdən keçirirdim.Nəsə,nəsə elə bil məni bu qızın həyatına bağlayırdı.Həmin o tarix,ehtirasın əsrinə çevrilib qızımın ad günündə etdiyim səhv.Ola bilməz! Sadəcə təsadüfdü!Mənim qızım yox!”Karusel,atamla tez-tez ora gedərdik”.Qızını o karuselə aparan tək mən deyiləmki?!”GÜNAHKARLAR HEC VAXT BAĞIŞLANMIR”…Axı bu,bu ola bilməz!!!

“Bu gün hər şey bitir.Artıq yaşamağımın heç bir mənası yoxdur.Atamın dediyi kimi: GÜNAHKARLAR HEC VAXT BAĞIŞLANMIR…”

Yox bu qədər təsadüf ola bilməz.Mənim gözəl qızım,yox…Bir neçə dəfə qızıma zəng vurdum.Telefonu götürmədi.Evə zəng vurdum:

-Qız evdədir?

-Yox nə olubki? bu gün səhər tezdən evdən çıxıb.

Yenə qızıma zəng vurdum,yenə,yenə…Axır ki,telefonu kimsə götürdü.

-Qızım bağışla bu qədər vaxt yanında olmadım.Bundan sonra söz verirəm həmişə səninlə olacam.

Xəttin digər tərəfindən naməlum kişi səsi gəlirdi:

-Сənab siz bu qızın atasısınız?Bu telefon sahildəki karuselin yanınnda intihar etmiş 17-18 yaşlı qızın üzərindən tapdıq…

-Necə? Intihar etmiş? Mənim gözəl qızım,yox…

Axı,axı onun ümidləri vardı……..

“HEC VAXT HEC VAXT DEMƏYİN!!!”

(Bu postda yazılanlar təxəyyülün məhsuludur.Məqsədimiz sadəcə narkomaniya probleminə diqqəti çəkməkdi)

By ORXAN

Yorumlar
  1. Fərid diyor ki:

    Heç vaxt “heç vaxt” deməyin! Həqiqətən, ciddi problemdir. Sözün əsl mənasında bu zəhər, gəncləri məhv edir!

  2. hmemmed diyor ki:

    heqiqeten de bu ag olum insan heyatinin birinci dusmenidir.Bunun qarşısini almaq üçün gərək insanda iradə olsunm

  3. sakine diyor ki:

    Cox ibretamiz Post idi..ALLAH KOmeyimiz olsun..AMIN..

  4. Türkan diyor ki:

    Maraqlı yazıya görə təşəkkürlər. yeniyetməlik dövrü bizim zənn etdiyimizdən də çətin bir dövdür əslində, bu yaşdakı insanlarla çox diqqətli olmaq lazımdır, xüsusilə qızlarla. Valideyinlər gərək uşaqlıqdan övladlarına elə tərbiyə versinlər, elə nümunə olsunlar ki, həmin uşaq yeniyetməliyə çatanda yolunu azmasın.

  5. Toma diyor ki:

    Cox ibretamizdi heqiqetende DİQQET VE SEVGİ NEVAZİW HER WEYDEN ONEMLİDİ…..!!!

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s