DOLLAR VƏ MASONİZM?

Posted: Ekim 11, 2011 in Ümumi
Etiketler:, , ,

İstədim ki,bu dəfəki postumda sizə masonizm haqqında məlumat verim.Masonizm demək olar ki,dünyanı idarə edən ən böyük və gizli təşkilatdır.Bu mövzu üzərində çox işlədim və çox malumat topladım.Həddindən artıq çox.Ona görə istədimki 2-3 hissəyə bölüm.Və bu gün sizə 1-ci hissəni təqdim edirəm.1-ci hissəni Amerikanın pul vahidi olan 1 dollara həsr etmişəm.Bilmirəm heç hardan başlayım,hansından başlayım.İlk öncə sizə dolların neçənci ildə və necə yaranmağı haqda məlumat vermək istəyirəm….

Dollar 1928-ci ildə Ruzvelt tərəfindən yaranmışdır.(Amma bu pulun üstündə birazdan bəhs edəcəyim simvollar yox idi).Lakin, bu pul yaranandan sonra 1 il Amerika krizis keçirir.Bundan 5 il sonra Amerikanın vitsa prezidenti Qenri Volles Serqey Makronovskini çağırır və yeni dollarlar hazırlamağı ona tapşırır.Serqey Makronovskinin əsl adı isə Nikolay Rerix olmuşdur.O həm yazıçı həm də mistik olub.Həmin dollar yarandıqdan sonra Amerikanın vəziyyəti xeyli yaxşılaşır və tezliklə krizisdən çıxır.İndi isə sizə 1 dolların sirri haqqında məlumat verim.

Mənim dediklərimin düz olub olmamağını bilmək istəyirsinizsə sizdə əlinizə 1 dollar götürün və arxasını çevirib postumu oxuya-oxuya diqqətlə baxın.Birinci,sol tərəfdə dairənin içində olan piramidaya nəzər salaq.Piramidanın yuxarısında olan göz işarəsi masonların əsas simvollarından biri hesab olunur.Buna “Lyusifer”in gözü,”David”in gözü,və ya “böyük memarın gözü” də deyirlər.O,masonların böyüyü sayılır.Piramidanın yuxarısında ANNUİT COEPTİS yazısı var.Bu sözün mənası “O,bizi qoruyur,xeyir dua verir” deməkdir(O deyəndə nəyin nəzərdə tutulduğunu bir azdan deyəcəm). Piramidanın ən aşağı pilləsində rom rəqəmləri ilə 1776 yazılıb(MDCCLXXVİ)Bu Amerikanın yaranış ilidir.Piramidanın  aşağısında NOVUS ORDO SECLORUM yazısı var.Bu yazı isə “yeni dünya quruluşu” deməkdir.Bir şeyi qeyd edimki masonların müqəddəs rəqəmi” 13” və “9”-dur.Həmin piramidanında 13 pilləsi var.ANNUİT COEPTİS-sözü də 13 hərfdən ibarətdir.

İndi keçək sağ tərəfdəki dairənin içindəki qartal rəsminə.Qartal da mason simvollarından sayılır.Qartalın baş tərəfində yazılmış E PLURİBUS UNUM yazısının mənası “çoxlar içində biri” deməkdir.Və bu yazı da 13 hərfdən ibarətdir.Qartalın sol əlində bir budaq var və budağın üstündə 13 yarpaq,13 meyvə var.Sağ əlində isə 13 ədəd ox var.Belə bir məlumatda var ki, 1945-ci ilə qədər qartalın üzü ox tərəfə olmuşdur.Bu da müharibədən xəbər verirdi.Müharibədən sonra isə qartalın üzünü əks tərəfə çeviriblər,indi qartalın üzü budaq tərəfə baxır.Qartalın quyruğunda 9 lələk var.Qanadlarında isə birində 33 birində isə 32 lələk var.Bunlarda masonizmdə masonların səviyyəsini bildirir(bizdə hərbidə leytenant,mayor,general və s.olduğu kimi).Bu haqda daha ətraflı o biri hissələrdə məlumat verəcəm.Qartalın yuxarısında 6 guşəli ulduz var və bu ulduzun içində 13 ədəd ulduz var.(6 guşəli ulduz da masonların əsəs simvollarındandır)

Pulun ortasında yuxarıda nisbətən xırda hərflərlə ingiliscə İN GOD WE TRUST  yazısı var ki bu yazının mənası “biz ALLAHa inanırıq” deməkdir.Bu yazıdan aşağıda böyük hərflərlə bizim ingilis dilindən tərcümədə bir kimi tanıdığımız ONE yazısı varki bunun da tərcüməsi” o təkdir” deməkdir.Amma təbiiki onlar ALLAH deyəndə öz “ALLAH”ları haqda bəhs edirlər.Çünki əgər bu pul bir xristian tərəfindən yaranmışdısa bu pulun üstündə ən azından xaç olmalı idi.Amma dolların üstündə mason simvollarının çox olduğunu nəzərə alaraq dəqiqliklə deyə bilərik ki, Onlar “ALLAH”,”O” deyəndə öz “ALLAH”larını nəzərdə tuturlar.Onu da qeyd edim ki, bu pulun üzərindəki 13 rəqəmi 9 dəfə təkrar olunmuşdur.

Biz internetdə web səyfələrə girərkən “www” yazırıq amma bunun mənasını heç bilmirik yada onu “Dünya hörmçək toru” kimi tərcümə edirik.Bəli bu əslində belədir.Amma hörümçək toru mason simvoludur və 1 dolların arxa fonunda hörümçək toru təsvir olunub.Doğurdan da masonlar bütün dünyada hörümçək toru kimi yayılıblar.

Amerikadan söz düşmüşkən onu da qeyd edimki, indiyə qədər bütün Amerika prezidentləri mason olublar.Yalnız Kennedy mason olmayıb və onun da ölüm səbəbi indiyə qədər məlum deyil…

 ARDI VAR…                                                                                                                                                                                              BY VAQIF

Yorumlar
  1. sakine diyor ki:

    Oxudum,Melumata gore cox sag olun..Emeyinize Hormet..

  2. Farxad Melikli diyor ki:

    bunlarin meqsedi insanlari simvolika ile bawini qariwdirmaqdir, hetta AZI-de de (Neft Akademiyasi) bu ucbucaq iwaresini gormek mumkundur. Hetta Genc tamawacilar teatrinda da ucbucaq ortasinda goz iwaresi var. bu o menaya gelir ki, biz Deccali gozleyirik( DAbbetul ArZ). O dunyani mehv edib bizi qoruyacaq. ardi var…..

  3. utopikxarabaliq diyor ki:

    DECCAL DUNYANI MEHV ETMIR SADECE ELA ALIR,BUNA SEBEB ISE INSANLARIN ZULMLERI OLUR.NECE DEYERLER SER SERDEN QUVVET ALAR…AMMA SONRA XILASKAR GELIR,HER NESE BU UZUN DINI SOHBETDI
    ARDI VAR….🙂

  4. Aytac diyor ki:

    coxdandir bu haqda melumat toplamaq istiyirdim cox saq olun

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s