UTOPIK-XARABALIQ

Posted: Ekim 9, 2011 in Ümumi
Etiketler:, ,

UTOPIYA

UTOPİYA…

 

Yenə yuxudan oyandım.Çox gözəl bir gün idi. Burda ümumiyyətlə bütün günlər belə gözəl olur.Hər gün Günəş sanki bir basqa gözəl doğur. Küçəyə çıxdım.Yenə həmişə olduğu kimi insanlar bir-birinə sevgiylə baxırdılar.Çünki burda nifrət deyilən bir şey yoxdur.Hami bir-birin sevir.Burda hər yeni gün, öncəkindən daha fərqli,daha rəngarəng keçir.Axı hər günü eyni yaşamağın nə mənası var?! Her yeni gün ALLAHın bizə bəxş etdiyi bir hədiyyədir.Indi isə  bir az sizə öz ölkəm haqqda danışım…

Burda hamı bərabərdir.Varlı-kasıb,güclü-zəif,nə hökmdar var, nədəki qul.Burda ümumiyyətlə başçıda yoxdur.Qərarları hamımız birlikdə veririk.Başçı yoxdur deyə, başçılığa can atanlar da yoxdur,ya da nə ona muxalif olanlar nə də başçıların apardığı axmaq müharibələr.Demişdim axı hər yeni gün ALLAHın bizə bəxş etdiyi bir hədiyyədir.Elə isə şükr etmək əvəzinə nəyə lazimdi bu axmaq muharibeler?!Dünya hamımıza çatacaq qədər böyükdür.Bizdə pul deyə bir anlayışda yoxdur.Onsuz yemək hamıya çatır.Ehtiyacımız olanlarıda paylaşırıq burda küçələr hər zaman təmizdir,sanki hər yer bizim evimizdi həm də qəlbimiz…Yenə küçədə hansısa oğlan öz sevgilisi üçün bəstələdiyi romantik mahnısını oxuyur.Ümumiyyətlə burda sevgini qazanmaq çox çətindir.Ona görə hamı onu qorumaq uğrunda mübarizə aparır.Münasibətlər alınmayanda isə dost kimi ayrılırlar.Qəribədir bizdə hec kim rəhmlilik,halallıq,sevgi nə bilim bele seyler haqqında danışmır.əvəzində hamı rəhm edir bir-birini sevir ve aldatmır…Her şey belə gözəl davam edərkən o dəhşətli səs sanki İsrafil cəhənnəm surunu çalırıdı və dəhşətli zəlzələ,qorxunc səslər…

 

XARABALIQ…

-Oğlum oyan artıq səhər açılıb bax saat zəng çalır… Eşitmirsən?!…Dur tez ol!… yatmaq vaxtı deyil yenə dərsə gec qalacaqsan.Nə qədər olar müəllimlərdən şikayət!Bir dəfə də vaxtında getdə bu xarabaya.

Yenə mənasız bir gün başlayır və mən durmalıyam.Atam isə danışır: Oğlum dərslərini yaxşı oxu,ali məktəbə qəbul ol, get əsgərliyə, əsgərlikdən qayıdandan sonra ölməmişəm ki, sənə bir iş taparam yaxşi işləyərsən, evə pul gətirərsən.Sonra səni gözəl bir qızla evləndirərik…Anam söhbətə qarışır: Qızın olsa mənim, oğlun olsa atanın adını qoyarsan bala…

Eh necədə qəribədir artıq sənin yerinə hər şeyə qərar veriblər.Sənsə adi bir aktyor kimisən.Sən ssenariyə tabe olmasan,sən oynamasan, sənin yerinə mütləq başqa birsi tapılar.

Televizoru açıram yenə seçki öncəsi didişmə gedir. Hamı haqlı olduğunu,yaxşı olduğunu və ədalətli olacağını iddia edir.Növbəti kanalı çevirirəm,yenə hansısa böyük ölkə sülhməramlı

əməliyyatlara başlayıb.Hansısa əsgər sülhdən danışır.Arxada isə balaca bir uşaq ağlayır.Yəqin döyüşlərdə anası ölüb,atasını isə əsir alıblar.Görəsən nəyə lazımdı müharibələr?Dəcəl uşaqların oyunlarını xatırladan,böyük oyunçuların qanlı oyunları və bu oyunun qurbanı günahsız insanlar…Qəribədir din və millətçilik adı altında aparılır müharibələr.Bütün dinlər və millətlər müharibənin əleyhinə olduqlarını iddia etmirdilər bəs?!.Bəs onda bu cinayətləri kim törədir?…bu haqqda çox danışmaq olar.Mənsə artıq gecikirəm ona görə tələsik yığışıb küçəyə çıxıram.Eh niyəsə burda günəş insanı isitmir,sanki günəşdə buz bağlayıb.Küçədə gedirəm yənə hansısa oğlan qıza yaxınlaşmaq uçun söz atır.” Aydaa bundaki gözəlliyə baxee…”.Ən təəssüflü məqam ondadırki,belə atmacalar atan oğlanlardan xoşu gələn qızların sayı kifayət qədərdir.Qəribədir xəyallar ölkəsindəki romantika hanı?Oradakı mahnılar,şeirlər.Eh axı o sadəcə yuxu idi.

Burda hamı danışır.Belə bir deyim var: “Kimdə nə yoxdursa ən çox ondan danışır”.Məsələn satıcı halallıqdan danışır tərəzini öz xeyrinə 100-200 qram dəyişdirərkən, ya da kimlərsə mərhəmətdən,rəhmdən danışdığı halda, uşağı xəstə olduğu üçün, işə bir saat gecikən işçisini qovur.

O gözəl yuxudan sonra bütün bunlar mənı dəhşətə gətirir.Yolda gedərkən görürəm hansısa balaca uşaqlar dünen gecə televizorda gördükləri porno haqqında ucadan danışırlar. Necədə iyrəncdir hər şey.Bir neçə uşaqda  ayrı nə isə müzakirə edirler uşaqlardan biri deyir:

– Təsəvvür edirsiz, hamının bərabər olduğu bir dünya uşaqların acından ölmədiyi,insanların bir-birini həqiqətən sevdiyi bir dünya görəsən belə bir yer mümkündürmü?..

Məni qəribə bir gülmək tutur.Deyəsən bu gecə utopiyanı görən təkcə mən olmamışam =)

 

Yorumlar
  1. Ferid diyor ki:

    Respect!

  2. Fatya diyor ki:

    Utopiya senin menim kimi genclerin beynindedir…gelecek bizim ellerimizdedir…dunyani deyishdirmeye qadirik…Allah razi olsun…ne gozel postdur =) ugurlar sene

  3. raya1993 diyor ki:

    Superdi usaqlar ugurlar. Ilk post olsada super yazmisiz. =)))))))

  4. sessiz diyor ki:

    Kecdiyiniz eziyyeti qiymetlendirirem,xosuma geldi.Allah ugurlariniz bol elesin

  5. utopikxarabaliq diyor ki:

    Sizdə əziyyət kəçib oxuduğunuz,və fikirlərinizi bildirdiyiniz üçün çox sağ olun…

  6. Umarov diyor ki:

    Hardan esib bu utopiya kuleyi ?

  7. utopikxarabaliq diyor ki:

    QELBIMIZIN DERINLIKLERINDEN,UTOPIYANIN XARABALIQLARINDAN….

  8. İlhamiyyə diyor ki:

    əhsən!! super yazmısız.davamı gəlsin)

  9. utopikxarabaliq diyor ki:

    Çox sağ olun.Bloqumuzu izləyin davamı gələcək amma başqa mövzuda…

  10. shexsiyyetsiz diyor ki:

    iyrenc olmaq qeder maraqli hec ne yoxdur..

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s